DST SAXTA DƏRMAN TİCARƏTİNƏ SON QOYMAĞA ÇAĞIRIR
DST dərman vasitələrinin saxtalaşdırılması ilə mübarizə üçün yeni beynəlxalq proqram həyata keçirməyə başlamışdır. Bundan ötrü DST-nin İMPACT adlı xüsusi bölməsi yaradılır və bölmənin işində təşkilata üzv ölkələrin güc qurumları, dünyanın ən iri əczaçılıq korporasiyaları və İnterpol iştirak edəcəklər. Proqramın başlıca məqsədi tibb preparatlar bazarına nəzarəti gücləndirmək, habelə saxta məhsul istehsalı ilə bağlı cəzaları sərtləşdirməkdir.
Son məlumatlara görə, Latın Amerikasının, Cənub-Şərqi Asiyanın və Afrikanın ən yoxsul regionlarında satılan dərmanların 30 faizi saxtadır. SSRİ-nin süqutundan sonra yaranmış dövlətlərin bəzilərində bazarın 20 faizini saxta dərmanlar təşkil edir.
DST bildirir ki, İnternet vasitəsilə satılan tibb preparatlarının 50 faizi saxtadır.
Saxta dərmanların dünya bazarlarında illik dövriyyəsi 30 milyard dollara çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]