Dubayda keçirilən beynəlxalq forum inkişaf etmiş bazarlar üçün qlobal sərmayədarlar axtarır
Bakı, 11 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, iqtisadiyyatın dinamik inkişaf edən sektorlarına qoyulan investisiyaların stimullaşdırılması və davamlı inkişafın təməlinin qoyulması üçün əsas yaradılması mayın 10-da Dubayda (BƏƏ) açılmış İllik Beynəlxalq İnvestisiya Forumunun prioritet vəzifəsidir.
Dünyanın 75 ölkəsini təmsil edən forum iştirakçıları Dubayda 3 gün müddətində bazarların etimadını qazanmış və uğurlu aktiv portfellərinə vəsait qoymağa çalışan dövlət, korporativ və özəl investorlar üçün ölkələr və sektorlar üzrə mümkün strateji investisiya planlarını müzakirə edəcəklər.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Şeyx Lyubna əl-Qasımi forumun ilk sessiyasında çıxışında bildirmişdir. Nazir demişdir: “Konfrans nümayəndə heyətlərinin rəhbərləri, dünyanın tanınmış biznesləri, investisiyalar üzrə ekspertlər və aparıcı maliyyə təşkilatlarının təmsilçiləri üçün tribuna olacaqdır. Onlar Dubayda iqtisadiyyatın idarə olunması, strateji və davamlı inkişaf məsələlərini müzakirə edəcəklər”.
Forumda tematik tədqiqatlar, real vaxt rejimində investisiya ssenariləri, xarici ticarət siyasətinin istiqamətləndirilməsi məsələləri də nəzərdən keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]