Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya azərbaycanlılarının I qurultayı qarşısında
HAMIMIZIN BİR VƏTƏNİ VAR...

Ötən yay Moskvada ölkəmiz üçün mühüm hadisə baş verdi - Ümumrusiya Azərbaycanlılar Konqresi təsis edildi. Respublikamızın hüdudlarından kənarda nüfuzlu Azərbaycan diasporunun - bu və ya digər ölkədə Vətənimizin, soydaşlarımızın xeyrinə yönəldilmiş siyasətin formalaşmasına kömək göstərməyə qadir Azərbaycan lobbisinin yaradılması üçün əsas ola biləcək diasporun

 yaradılmasına həmişə xüsusi əhəmiyyət verən Azərbaycan Prezidenti Heydər Əliyevin müdrikliklə və uzaqgörənliklə irəli sürdüyü dəyərli təşəbbüsü beləcə öz əməli təcəssümünü tapdı.

Zənnimizcə, Rusiya paytaxtında yaradılaraq Konqres adlandırılan və kortəbii surətdə meydana gəlmiş və Rusiya Federasiyasının müxtəlif bölgələrində hələlik çox pərakəndə halda mövcud olan ayrı-ayrı Azərbaycan mədəniyyət cəmiyyətlərini, dərnək və mərkəzlərini, dostluq cəmiyyətlərini və başqalarını özündə birləşdirən bu qurum yuxarıda deyilənlər baxımından məhz nəcib bir məqsədə - Rusiyanın bütün guşələrində, Konqresə daxil olmuş insanların çalışdıqları hər yerdə -  dövlət idarələrində, elmi, mədəni, ictimai, kommersiya və s. sahələrdə  Vətənimiz Azərbaycanı daha mütəşəkkil və daha layiqincə təmsil etmələrinə  xidmət göstərməlidir. Prezident Heydər Əliyev Konqresin təsis yığıncağında Rusiyada yaşayan həmyerlilərimiz qarşısında çıxış edərkən, onları Azərbaycanın məhz layiqli imicinin yaradılmasına istiqamətləndirmiş və bunun Azərbaycanla Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi üçün də vacib olduğunu nəzərə çarpdırmışdır.

        Lakin bu, bir də ona görə vacibdir ki, Rusiyadakı diasporumuz Azərbaycan dövlətinin ən yaxın xarici dayağıdır. O, Rusiya Federasiyasında ən gənc diasporlardan biri olsa da, belə deməyə əsas var ki, diasporumuz burada artıq təşəkkül tapmış və Rusiya cəmiyyətinin ayrılmaz sosial, etnik-mədəni tərkib hissəsi kimi tanınmışdır. Şübhəsiz ki, bu işdə Rusiyada kök salmış azərbaycanlıların həmin ölkə üçün ehtiyac duyulan yaradıcı potensialı üstün gəlmişdir. 

        Taleyin hökmü ilə doğma torpaqdan uzaq düşmüş soydaşlarımızın əksəriyyəti, məhz əksəriyyəti - bu torpaqla öz təbii əlaqəsini hiss etməklə və onun rifahı naminə imkan daxilində daha çox iş görməyə çalışmaqla yanaşı, öz qabiliyyətlərini, bacarıq və istedadlarını ikinci vətənləri olmuş Rusiyanın da rifahının yüksəlməsinə yönəldir, onun iqtisadiyyatının, elminin, mədəniyyətinin, özəl sektorunun inkişafına sərf edir. Bu insanların çoxunu həm rusiyalılar, həm də biz yaxşı tanıyırıq: onlar yaradılmış Konqresin özəyini təşkil edən Kərim Kərimov, Fərman Salmanov, Vahid Ələkbərov, Rüstəm İbrahimbəyov, Müslüm Maqomayev, Tahir Salahov və başqalarıdır.

        Bununla belə, həmyerlilərimiz arasında hələ nə qədər qeyrətli və çox-çox fəxr edə biləcəyimiz adamlar var ki, onları heç də hamımız tanımırıq. Rusiya bu insanları -  özünün yeni həmvətənlərini qəbul etmişdir və onlar da cəmiyyətin sosial, demoqrafik, təsərrüfat-iqtisadi, mədəni qurumlarında öz yerlərini getdikcə daha inamla tapırlar. Biz də bu yaxınlarda Moskvada görüşdüyümüz bu adamlardan bəziləri haqqında söhbət açmağı qərara aldıq.

        ... Ola bilsin, oxucu AZƏRTAC-ın belə bir xəbərini xatırlayır ki, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti artıq geniş şöhrət qazanmış onkoloq həkim, tibb elmləri doktoru, professor Məmməd Əliyev seçilmişdir. Hələ yaşı əlliyə çatmamış, çoxsaylı elmi əsərlərin müəllifi, bir sıra elmi şuraların və beynəlxalq elmi cəmiyyətlərin üzvü, Rusiya Prezidentinin İşlər İdarəsinin Mərkəzi klinik xəstəxanasının məsləhətçisi olan bu alimi həmkarları heç də təsadüfi deyil ki, qlobal elmi problemləri müstəqil surətdə araşdırmağa və həll etməyə qadir bir insan kimi səciyyələndirirlər. Rusiya Tibb Elmləri Akademiyasının M.Bloxin adına Onkoloji mərkəzinin aparıcı elmi əməkdaşı, burada təxminən on il fəaliyyət göstərən  həmyerlimiz belə araşdırmalardan birinə - sümük şişləri müalicəsinin yeni metodlarına görə ötən il üç nəfər məşhur alimlə - akademiklə birlikdə elm və texnika sahəsində Rusiya Federasiyasının Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Rusiya Prezidenti Vladimir Putinin bu nüfuzlu mükafatı professor Əliyevə təqdim etdiyi an  alimin iş otağında gördüyümüz fotoşəkildəəks olunmuşdur.

        Biz söhbət edərkən Mərkəzin əməkdaşları tez-tez buraya baş çəkirdilər. Məmməd Cavad oğlu onlardan bəzilərini - həmyerlilərimizi  məmnuniyyətlə bizətəqdim etdi.  Sən demə, burada 40-dək soydaşımız çalışırmış: professorlar Azər Şamilov və Bahadur Əliyev, tibb elmləri doktoru Azər Axundov, həkimlər - onkoloq İradəQuliyeva, stomatoloq Abbas Əhmədov... Bir də aspirantlar, doktorantlar, stajkeçənlər. Məmməd Əliyevin özü kimi, onların da, demək olar, hamısı  indiki Azərbaycan Tibb Universitetinin məzunudur. Onların bir qismi  burada, Mərkəzdə öz həmyerlisinin köməyi ilə ixtisasını artırdıqdan sonra vətənə dönəcəkdir...

        Professor Əliyev soydaşlara kömək etməyi normal bir iş sanır. O deyir:

        - Başqa cür ola da bilməz, axı, mənə də kömək ediblər. Doğrudur, cərrah peşəsini mənəilk dəfəvaxtilə Bakıda travmatoloq kimi tanınmış atam Cavad Əliyev öyrətmişdir. Sonra isə...

        Məmməd Əliyev müəllimləri haqqında minnətdarlıqla və qürurla danışır. Moskvada Nikolay Nikolayeviç Trapeznikov, ondan əvvəl isə Rəşid Talışinski, Cəmil Əliyev, - müsahibimiz Moskvaya məhz onun sayəsində gəlib çıxmışdır, - Əhliman Əmiraslanov... Onların hər biri Məmməd Əliyevin həyatının müəyyən mərhələlərində onun püxtələşməsinə, bir mütəxəssis kimi kamilləşməsinə hər vasitə ilə kömək etmişdir.

        Əlbəttə, Moskvanın tibb aləmində Məmməd Əliyev tək deyildir. Rusiyanın, bəlkə də, elə bir iri tibb ocağı yoxdur ki, orada azərbaycanlılar çalışmasınlar. Tibb elmləri doktoru, Seçenov adına Moskva Tibb Akademiyasının professoru, Burdenko adına Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunun aparıcı elmi əməkdaşı Svetlana Yusif qızı Qasımova 40 ilə yaxındır Moskvada işləyir. (Yeri gəlmişkən, daha bir həmyerlimiz - Kərim Həsənov həmin institutda direktorun müavini vəzifəsində çalışır). Rusiyada fəaliyyət göstərdiyi uzun illər ərzində cərrahiyyə zədələri müalicəsinin yeni metodlarını yaratmış, Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük toxumalarının konservasiyası laboratoriyasına başçılıq etmiş professor Aydın İmaməliyev yüksək dərəcəli mütəxəssis kimi geniş şöhrət qazanmışdır. Soydaşımız, hazırda moskvada yaşayan Məmməd Baxşıyev də travmatologiya sahəsində axtarışlar aparır və doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Nəhayət, təəssüf ki, dünyasını dəyişmiş neyrocərrah Həbib Həbibovun vaxtilə necə böyük şan-şöhrət sahibi olduğu da yadımızdadır. Bu siyahını uzatmaq da olar...

        Fərəhli haldır ki, Moskvada görüşüb söhbət etdiyimiz soydaşlarımışın hamısı Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradılmasını ürəkdən bəyənmişlər, artıq onun fəaliyyətində iştirak edirlər vəəgər hələlik iştirak etmirlərsə, bu işə fəal surətdə qoşulmağa hazırdırlar.

        Onlar deyirlər:

         - Əlbəttə, biz birləşərək sanballı bir quruma çevrilsək, onda daha güclü və nüfuzlu olarıq, artıq bu halda rusiyalılar - geniş kütlələri nəzərdə tuturuq - dərk edərlər ki, azərbaycanlılar heç də təkcəbazarlarda alver edənlərdən (hərçənd bu da asan olmayan və gərəkli işdir), ağına-bozuna baxmadan bəzi qafqazlılara qatıb, nədənsə həqarətlə Qafqaz millətindən olan şəxslər adlandırılan adamlardan ibarət deyildir. Ona görə də Konqresimizin fəaliyyətinə bacardıqca daha cox Azərbaycan icmalarının qoşulması olduqca vacibdir. Rusiyada yaşayanhər bir azərbaycanlı vicdanla çalışaraq yadda saxlamalı və fəxr etməlidir ki, onun Vətəni - Azərbaycan qədim tarixə və çox zəngin mədəniyyətə malik məmləkətdir. Məmməd Əliyev də, Svetlana Qasımova da, bir çox başqaları da hesab edirlər ki, Vətənin taleyi hər bir həmyerlimizin taleyinə çevrilməlidir...

        Rusiyadakı azərbaycanlılarda Vətənə, əcdadların torpağına, onun mədəniyyətinə, dilinə - azərbaycançılığın mahiyyətini və mənasını təşkil edən nə varsa, hamısına məhəbbət hissləri gərək sönməsin, əksinə, həmişə daha da güclənsin.

Professor Əliyev deyir:

        - Biz bunu Konqresimizin başlıca vəzifələrindən biri hesab edirik. Əminəm ki, biz buna müvəffəq olacağıq. Ona görə ki, bizi Azərbaycan Prezidenti şəxsən özü dəstəkləyir!

        Svetlana xanım Qasımova isə bu vəzifəni, məsələn, Moskvadakı azərbaycanlı ziyalıların “Ocaq” cəmiyyəti, - o da Konqresə qoşulmuşdur, - nümayəndələrinin necə yerinə yetirdikləri barədə təəssüratlarını həvəslə bölüşür. Burada soydaşlarımızın mövzu etibariləAzərbaycanın siyasətinə və iqtisadiyyatına dair problemlərin geniş dairəsini, o cümlədən, əlbəttə, dinc yolla nizama salınması üçün ölkə Prezidenti Heydər Əliyevin böyük səylər göstərdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləriəhatə edən kitablarının təqdimat mərasimləri də təşkil olunur, mədəniyyət məsələlərinə dair müxtəlif konfranslar da keçirilir...

        Ümumrusiya Azərbaycanlılar Konqresinin icra aparatının rəhbəri, tarix elmləri doktoru Zeynal Nağdəliyev Svetlana xanımın sözünə qüvvət verərək, Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, artıq neçə illəridir Moskvada yaşayan pianoçu Tamilla Mahmudovanın yubileyi iləəlaqədar necə təmtəraqlı şənlik təşkil edildiyini xatırlayır. Biz bu mərasim münasibətilə zövqlə buraxılmış al-əlvan bukleti də gördük. Güclü dəstəyini  həyanlığını daim hiss etdiyi doğma  Azərbaycanına səmimi qəlbdən sadiq olan Tamilla xanıma həmyerliləri xüsusi hörmət bəsləyirlər. Demək lazımdır ki, o, haqlı olaraq, Azərbaycan musiqisinin bütün dünyada ehtiraslı və istedadlı təbliğatçılarından biri sayılır. Musiqi, necə deyərlər, bütün varlığına hopan Tamilla xanım həmyerlilərinin əsərlərini ilhamla səsləndirir, onların bəstələdiklərinin çoxunu vaxtilə ilk dəfə məhz o, ifa etmişdir...

        Bəli, indi, Konqres yaradıldıqdan sonra moskvalı soydaşlarımız milli bayram günlərindədaha tez-tez görüşür, paxlava və şəkərbura süfrəsi açır, hətta şəxsən onlardan hər hansı birinə aid olan şənliklərdə məmnuniyyətlə iştirak edirlər. Axı, həmyerlilərlə ünsiyyətdə olmaq, ana dilində danışıb-dərdləşmək həmişə xoşdur. İllah da ki indi, Vətəndə, artıq müstəqil Azərbaycanda sözün əsl mənasında dövlət dili olmuş doğma Azərbaycan dilinə üstün əhəmiyyət verildiyi bir vaxtda!  isə Azərbaycan Prezidentinin bu yaxınlarda imzaladığı və ana dilimizə belə status verilməsindəəvəzsiz rolu olan xüsusi FərmaniRusiyadakı azərbaycanlılar da böyük məmnunluq hissi ilə qarşılamışlar.

        Bütün bu eşitdiklərimiz yalnız ilk baxışdan xırda-para işlər kimi görünə bilər. Lakin bütün bu “xırda-para” işlər mühüm bir məqsədə - çoxtəbəqəli diasporumuzun nümayəndələrini, sosial-mədəni səviyyəsinə görə müxtəlif olan qrupları birləşdirmək, əksəriyyətinin doğma torpağa, ailəyə-ocağa, adət edilmiş mədəni mühitə və dil mühitinə möhkəm bağlı olduğu soydaşlarımıza başqa milli mühitdə kök salmaq kimi həmişə çox çətin və ağrı-acılı prosesi aradan qaldırmaq, lazım gəldikdə onların hüquqlarını qorumaq məqsədinə xidmət edir.

        Bütün bunları təşkil etmək, istiqamətləndirmək bacarığı ilə yanaşı, təbii ki, maliyyədəstəyi də gərəkdir. Xoşbəxtlikdən, Ümumrusiya Azərbaycanlılar Konqresinin belə arxa-dayağı da var. Bu, Moskvada biznes sahəsində uğurla işləyən həmyerlilərimizdır...

        Vç il əvvəl Moskvanın “Molodaya qvardiya” nəşriyyatında “Rusiya: bazar iqtisadiyyatına gedən yolda düşüncələr” kitabı işıq üzü görmüşdür. Kitab diqqətimizi ilk növbədəona görə cəlb etdi ki, Rusiyada iqtisadi islahatların əsas problemlərinə həsr olunmuş bu kitabı soydaşımız - “Krokus intənəşnl” səhmdar cəmiyyətinin prezidenti, “Krokus-bank”ın sədri, Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq İnformatika Akademiyasının həqiqi üzvü, “Biznes i vıstavki” jurnalının baş redaktoru, nəhayət, iqtisad elmləri namizədi, kommersiya doktoru Araz Ağalarov yazmışdır. Araz İsgəndər oğlu Ağalarovun sadaladığımız bütün ad və vəzifələri onun Rusiyada fəaliyyətinin geniş şöhrət qazandığına və dəyərləndirildiyinə, kitabın səhifələri isə, “Rossiyskiye novosti”nin yazdığı kimi, ona sübutdur ki,  bir praktik, iqtisadi fəaliyyətin son on ildə Rusiyada meydana gəlmiş yeni formalarının şahidi və iştirakçısı kimi o, bu formaların faydalılıq dərəcəsini eşitməmişdir, əksinə, öz üzərində, öz biznesinin və girişdiyi yeni işlərin müqəddəratında bilavasitə duymuş, gələcəyi görə bilmiş vəbu və ya digər proqramın perspektivliliyininə görə, yaxud persppektivsizliyini sağlam düşüncə ilə, açıq gözlə qiymətləndirə bilmişdir.

Araz Ağalarovun adı Rusiya qəzetlərinin səhifələrində də tez-tez görünür, radio və televiziya ilə çəkilir. Çünki o, nədən danışırsa və nədən yazırsa, bütün bunlar hər kəsi düşündürür: axı, nəticə etibarilə insanların həyat səviyyəsinin yüksəldilməsinə necə nail olmaqdan söhbət gedir. Nyu-yorklu akademik V.L.Kvintin Araz Ağalarovun kitabına ön sözdə onun təki sahibkarlar haqqında yazdığı kimi, “bu adamlar onlardan heç birinin əvvəllər görmədiyi işi görməyə, onlardan heç birinin əvvəllər yaşamadığı şəraiti yaratmağa çalışırlar”.

        Biz bu həmyerlimizlə - Moskvanın biznes-elitasının nümayəndəsi iləgörüşə getməzdən öncə onun əməli işləri barədə kifayət qədər məlumat toplamışdıq.

        Koltsevaya küçəsində yerləşən “Tvoy dom” mağazası moskvalıların artıq çoxdan xoşuna gəlmişdir. 30 min kvadratmetrlik bu mağazada ev üçün lazım olan hər şey tapmaq mümkündür. Bir təsəvvür edin, mağaza tikilərkən nə qədər adam işlə təmin olunmuşdu və indi orada nə qədər adam işləyir!

        “Krokus-intənəşnl” Rusiyada keçirilən bütün beynəlxalq sərgilərin, demək olar, yarısının təşkilatçısıdır. Eyni zamanda o, pərakəndə ticarəti də inkişaf etdirir: siz “Krokus” firmasının mağazalarına Moskvanın çox rayonlarında rast gələ bilərsiniz. Bunlar əsasən yüksək  moda mağazalarıdır. Araz İsgəndər oğlu bizə söylədi ki, onların səhmdar cəmiyyəti dünyanınən məşhur, ən nüfuzlu moda evləri iləəlaqə saxlayır.

        Bu səhmdarcəmiyyətinin fəaliyyətinin istiqamətlərindən biri də tikintidır. Görünür, “Tvoy dom” mağasasının uğurları buna ruhlandırmışdır. Budur, Stroqino rayonundakı boş bir sahədə üç min fəhlə Krokus-siti adlandırılacaq bütöv bir şəhərcik salır. Araz Ağalarovun özünün layihəsi, - biz bu layihəni onun ofisində gördük, - əsasında burada, 50 min kvadratmetr sahədə xüsusi mallar ticarəti üçün mağazalar, uşaq şəhərciyi, mehmanxana və digər obyektlər tikilir. Mağazalardan biri “Dünyanın ən yaxşı butiki” adlancaqdır.

        Nəhayət, bu yaxınlarda “Krokus” Rusiya paytaxtının ən dəbdəbəli rayonunda - Bolşaya Qruzinskaya küçəsində çoxmərtəbəli yaşayış evi ucaltmışdır.  “Ağalarov evi” adlanan və Moskvada ən yaxşı bina hesab edilən bu evə artıq bir sıra dövlətlərin Rusiyadakı səfirləri köçmüvşlər.

        Bizəelə gəldi ki, Araz Ağalarov olduqca təmkinli adamdır, çox danışmaqla arası yoxdur. Amma bütün işlərini görməklə yanaşı, Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti kimi ona həvalə edilmiş ictimai vəzifələri də yerinə yetirməyə, özü dəən konkret şəkildə yerinə yetirməyə şad olduğundan həvəslə danışırdı. Başa düşdük ki, Rusiyada möhkəm, mütəşəkkil, hörmətə malik nüfuzlu Azərbaycan diasporu yaradılması bizim hamımız üçün olduğu kimi, onun üçün də vacibdir.  

        Ağalarovun sahibkarlıq fəaliyyəti üzrə həmkarı Aydın Qurbanov da Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidentidir, Moskvada çoxdan yaşayır, Z.Tağıyevin, M.Muxtarovun, M.Nağıyevin gözəl mesenatlıq ənənələrinin davamçısı kimi Rusiyada da, Azərbaycanda da şöhrət qazanmışdır. O, xeyriyyəçiliklə həqiqətən səxavətlə məşğul olur. Aydın Səməd oğlu Qurbanov uzun illərdən bəri Kaluqadakı uşaq evinə, Mordoviyadakı qocalar evinə, habelə doğma Bakıdakı əlillər evinə və uşaq evinə böyük yardım göstərir. Bundan başqa, onun vəsaiti hesabına onlarca gənc azərbaycanlı Rusiyanın və digər ölkələrin ali məktəblərində təhsil alır. Moskvalı və bakılı pravoslavlar onun adını minnətdarlıq hissi ilə çəkirlər: axı, Azərbaycan paytaxtında ötən əsrin əvvəllərində tikilmiş və sovet hakıimiyyəti dövründə uçurulmuş mirodaşıyan müqəddəs zövcələr kilsəsi məhz onun ayırdığı vəsait hesabına bərpa edilmişdir.

        Bu cür maddi imkanları ona biznes sahəsində göstərdiyi fəaliyyət verir.   İqtisadçı kimi o, bizneslə keçən əsrin 80-ci illərinin axırlarında, bir sıra şirkətlər yaradaraq məşğul olmağa başlamışdır. Bir qədər sonra isə “Tofin-intənəşnl” beynəlxalq Rusiya_İsveçrə holdinq şirkəti yaratmış və ona başçılıq etmişdir. Bu şirkətin maliyyə və beynəlxalq ticarət sahəsindəqazandığı görkəmli nailiyyətlərə görə Aydın Qurbanov “Kim kimdir” dünya klubunun fəxri diplomuna layiq görülmüşdür.

Biznes sahəsində çalışan həmyerlilərimizin yüksək nüfuz sahibi olduqlarıni belə bir fakt da sübut edur ki, hər iki sahibkar - Ağalarov da, Qurbanov da Rusiya Federasiyası Prezidenti aparatının iqtisadi məsələlər üzrəməsləhətçiləridir. Bundan əlavə, onlar bəzən Rusiyanı beynəlxalq səviyyədə də rəsmən təmsil edirlər. Məsələn,       bu yaxınlarda Aydın Qurbanov “Yedinistvo” fraksiyasının rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə olmuşdur.

        Söhbət etdiyimiz şəxslərdən hər biri ilə keçirdiyimiz görüş Moskvadakı həmyerlilərimiz haqqında bizəəlavə məlumat verdi. Bəzilərini isə özümüz axtarıb tapırdıq. Onlardan biri də Roza Seyidqədir qızı Ağamirovadır. O, Rusiya Elmlər Akademiyası İnformatika Problemləri İnstitutunun şöbə müdirinin müavini, bu institutun baş elmi işçisidir, həm dəinternet sistemlərin, ən müasir kompüterlərdə müxtəlif təqdimatların işlənib hazırlanması ilə məşğul olan “Alqosoft” şirkətinin baş direktorudur. Deyilənə görə, belə şirkətlər dünyada 10-dan artıq deyildir. Bakıda böyüyüb-başa çatan həmyerlimizin anası Suqra xanım 30-cu illərdə neft sənayesində çalışansayca az mühəndis qadınlardan biri olmuşdur və indi görünür, Roza anasının ənənələrini davam etdirərək, ən mürəkkəb texniki məsələlərlə uğurla məşğul olur.

        Demə, istər iqtisadi, sosial və mədəni sahə olsun, istərsə də dövlət müəssisəsi, yaxud özəl müəssisə, fərqi yoxdur,  elə bir sahə, elə bir struktur tapmazsan ki, indi Rusiya vətəndaşları olan azərbaycanlılar orada işləməsinlər! Məsələn, Vitali Əliyev “Jiva” səhmdar sığorta cəmiyyətində həmkarlarının haqlı hörmətini qazanmışdır. Moskva Arxitektura İnstitutunun şəhərsalma kafedrasının professoru Muxtar Nurəli oğlu İmanov burada yaşadığı 40 ildə Vətəni - Azərbaycan üçün memarların bütöv bir nəslini yetişdirmişdir. Hüquqşünaslar, bankirlər və başqa peşə sahibləri arasında rəhbər vəzifələrdə çalışan azərbaycanlılar da var.

        Rusiyadakı, daha doğrusu, Moskvadakı, - bu gün söhbət isə məhz Moskvadan gedir, - soydaşlarımızdan danışarkən,əsrlərdən bəri Azərbaycanda, onları doğmaları kimi qəbul etmiş, bu torpaqda yaşayan və bizə həmişə səmimi münasibət, qardaşlıq münasibəti bəsləmiş digər xalqları təmsil edən həmyerlilərimizi yaddan çıxarmaq düzgün olmazdı. Onların nümayəndələri hazırda Azərbaycanın hüdudlarından kənarda yaşasalar da, öz tarixi Vətəni ilə bağlı bütün tədbirlərdə, nə gizlədəsən, bəzi azərbaycanlılardan daha fəal iştirak edir, bu Vətən üçün faydalı olmağa çalışır, onun haqqında öz səmimi, çox xoş xatirələrini daim hamı ilə bölüşürlər.

        “Bakinski raboçi” qəzetinin yaşlı oxucuları 40-50-ci illərdə onun səhifələrində tanınmış jurnalisti Aleksandr Kiknadzenin imzası ilə çıxan maraqlı yazıları yəqin xatırlayırlar. Kiknadze çox şeydən yazırdı, amma idmandan onun kimi maraqlı yazan yox idi.  (Həmin illərdə o, həm də “Sovetski sport” qəzetinin Azərbaycan üzrə müxbiri olmuşdur). Deyirlər ki, Aleksandr Vasilyeviç Azərbaycan dilini kifayət qədər yaxşı bilir və hətta bu dildə hekayələr yazırdı.

İndi məşhur yazıçı, bir sıra kitabların müəllifi və iki övlad - Rusiyanın tanınmış teleşərhçiləri Vasili və Kirillin atası olan Aleksandr Vasilyeviç 40 ildir Moskvada yaşayıb yaradır. Lakin o, həmyerliləri iləəlaqələrini kəsmir, onlarla məmnuniyyətlə görüşüb, hal-əhval tutur. Çox vaxt da həmyerliləri onun əsərlərinin qərhəmanları olurlar. Məsələn, elə bu yaxınlarda A.Kiknadzenin “Gözlənilən intriqaçı” kitabı işıq üzü görmüşdür. Kitab futbolu çox ciddi şəkildətədqiq edən şahidin qeydlərindən ibarətdir. Bu qeydlərdə müəllifin Bakıda yaşadığı illərin, o illərdə sevincini də, kədərini də bölüşdüyü adamların həsrətini çəkdiyi duyulur. Məmməd Həmid, Tofiq Bəhramov, Aleksandr Qnezdov... Tanış adlardır... A.Kiknadzenin yeni kitabının ilk fəsillərindən biri bu adamlara həsr edilmişdir, təəssüf ki, indi onlardan bir çoxu aramızda deyildir. Aleksandr Vasilyeviç Azərbaycanda idmanın inkişafını bu gün də maraqla, canıyanalıqla izləyir və özünün bizə dediyi kimi, idmanımızın indiki nailiyyətlərinə hədsiz dərəcədə sevinir...

        Bu məqalədə biz azərbaycanlılara çox yaxın və doğma olan adamları (bəzilərimiz onlarla hətta şəxsən tanış olmasaq da) - Yuli və Mixail Qusmanları xatırlamaya bilmərik. Biz bu həmyerlilərimizi təqdim etməyə lüzum görmürük - onların nə ilə məşğul olduqları hamıya məlumdur. Əsl bakılılar -  Azərbaycanı, Bakını ürəkdən sevmiş və onlara sədaqətlə xidmət etmiş gözəl həkim Solomon Moiseyeviçin və mahir pedaqoq Lola Yulyevnanın  övladları olan Yuli və Mixail Moskvada da özlərini bakılı sayır, bunu iftixarla vurğulayır və vətənləri Azərbaycanın rifahı naminə faydalı bir iş görmək üçün bütün imkanlardan istifadə edirlıər.

        Aleksandr Kiknadze də, Yuli Və Mixail Qusmanlar da, keçmiş bakılı jurnalist, hazırda isə professor, tarix elmləri doktoru Aleksandr Mendeleyev də, respublikamızın hüquq-mühafizə orqanlarında işləmiş Vladimir İqonin də (yeri gəlmişkən, o da Konqresin vitse-prezidentlərindən biridir), bir çox başqaları da məgər Azərbaycan diasporu deyillərmi?!

        Ona görə də düz etmişlər ki, təsis olunarkən Ümumrusiya Azərbaycanlılar Konqresi kimi düşünülmüş struktur qeydə alınarkən ona Ümumrusiya Azərbaycan Konqresi adı vermişlər. Axı, ölkəmiz kimi, diasporumuz da beynəlmiləldir, çoxmillətlidir.

        Bəli, bizim hamımızın bir Vətəni var. Bu, Azərbaycandır. Biz ucsuz-bucaqsz Yer kürəsinin hansı guşəsində yaşasaq da, pəncərənin şüşələrini döyəcləyən yağışın müxtəlif duyğular doğurduğu vəətrafdakı tozağaclarının yarpaqlarının pıçıltısını eşitdiyimiz bu ölkədə də özümüzü nə qədər yaxşı hiss etsək də, ilk ocağımızı, birinci dəfədünyaya gözaçdığımız diyarı xatırlamaya bilmərik...

 

                                               Elmira ƏLİYEVA,

                                               Fərhad NURİYEV

                                         AZƏRTAC-ın xüsusi müxbirləri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər