DÜNYA BAZARINDA NEFTİN UCUZLAŞACAĞI GÖZLƏNİLİR
Gələn il neftin qiymətinin bir qədər düşəcəyi və bir barrelin təqribən 24-25 dollar olacağı gözlənilir. Aparıcı beynəlxalq reytinq agentliklərindən olan “Standard ənd Purz”un verdiyi proqnoz belədir. Bu korporasiyanın sərmayə strategiyası üzrə baş mütəxəssisi Sem Stovall bildirmişdir ki, neftin qiyməti tədricən düşəcəkdir. Belə ki, cari ilin son rübünün axırı üçün neftin bir barrelinin qiyməti 25, 75 dollar həndəvərində proqnozlaşdırılır. Sem Stovall demişdir: “Fikrimcə, iqtisadiyyatın inkişaf sürəti onun neftlə təmin olunmasında problemlər yarada biləcək qədər də yüksək deyildir”. Onun sözlərinə görə, cari ildə neftin yüksək qiyməti bir sıra amillərlə şərtlənirdi. Amerikada qışın uzun çəkməsi və çox soyuq keçməsi, İraqda və neft istehal edən digər dövlətlərdə gərgin vəziyyət buna misal ola bilər. Lakin bu vəziyyətin gələn il üçün də səciyyəvi olacağını gözləmək düzgün olmazdı. Bundan başqa, OPEK üzvü olmayan ölkələr də neft hasilatının azaldılmasına və neftin bir barrelinin 28 dollar həcmində saxlanılmasına heç bir əsas görmür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]