Dünya Kuboku ərəfəsində şahmatçıların toplantısı keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Şahmat üzrə Dünya Kuboku turnirinin ilk turundan əvvəl iştirakçı şahmatçılarla toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, FIDE rəsmiləri, eləcə də hakimlər şahmatçılara oyun zalına gələrkən mobil telefon, saat və qələm götürməməyi xahiş edib.
Məlumat verilib ki, şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaq. Partiyalar başa çatandan sonra belə hakimlər istədikləri şahmatçını təkrar yoxlamaq hüququna malikdir.
Qeyd edək ki, şahmat yarışlarında kənar amillərin köməyindən istifadə olunmamaq üçün belə addımlar atılıb. FIDE hər bir şahmatçını qaydalar çərçivəsində mübarizə aparmağa çağırıb və onların yarış zamanı mobil telefon, digər cihazlardan istifadəsinə qadağa qoyub.