Dünya Kubokunda birinci gedişi Azərbaycan Şahmat Federasiyasının sədri Elman Rüstəmov edib
Bakı, 11 sentyabr, S.Allahverdiyeva, AZƏRTAC
Bakıda şahmat üzrə Dünya Kuboku yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 1,6 milyon dollar olan yarışlarda dünyanın müxtəlif ölkələrindən 128 şahmatçı iştirak edir.
Turnirdə birinci gedişi etmək hüququ Azərbaycan Şahmat Federasiyasının
sədri Elman Rüstəmova verilib. Federasiyanın rəhbəri turnirin reytinq-favoriti, Bolqarıstan nümayəndəsi Veselin Topalov ilə nigeriyalı Oladapo Adu arasında keçirilən oyunda ilk gedişi edib. Rəmzi mərasimdə keçmiş dünya çempionu, gürcüstanlı Nona Qaprindaşvili də iştirak edib.