Dünya Kubokunun ikinci mərhələsində dörd Azərbaycan qrossmeysteri mübarizə aparacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk mərhələnin üçüncü yarış günündə keçirilən partiyalar başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin ilk mərhələsində ölkəmizi təmsil edən iki şahmatçı mübarizəni dayandırıb. Vasif Durarbəyli və Eltac Səfərli məğlub olmaqla Dünya Kubokunu tərk edib.
Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov və Qədir Hüseynov mübarizəni növbəti mərhələdə davam etdirəcək.