Dünya kubokunun iştirakçıları “Sevimli Bala” incəsənət və şahmat klubunda olublar
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə dünya kubokunun iştirakçıları paytaxtda yerləşən “Sevimli Bala” incəsənət və şahmat klubunda olublar.
“Dünya Kuboku-2015”in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sabiq dünya çempionu Vladimir Kramnik, dünya kubokunun sahibi, şahmat olimpiadasının beşqat qalibi Pyotr Svidler, qadınlar arasında dünya çempionu Hou Yifan, Olimpiya və dünya çempionu Suzan Polqar uşaqlarla görüşüblər.
Sonra şahmatçılar balacaların suallarına cavab verib, onlarla xatirə şəkli çəkdiriblər.