CƏMİYYƏT
Dünyanın 250-də çox alimi Tümendə tibbin gələcəyini müzakirə edir
Bakı, 31 may (AZƏRTAC). Tümendə Beynəlxalq Morfoloqlar Assosiasiyasının birgə konqresi, habelə Rusiya Anatom, Histoloq və Embrioloqlar Tibbi Cəmiyyətinin qurultayı davam edir. Dünyanın 250-dən çox aparıcı alimi vilayət mərkəzinə gəlmişdir.
İmmun yaddaşı nədir, toxuma və orqanlar necə inkişaf edir, habelə quş qripi, xərçəng və vitiliqo kimi xəstəliklər necə əmələ gəlir? Bu günlər Tümen Tibb Akademiyası Rusiyanın və xarici ölkələrin tibb universitetlərindən və aparıcı elmi müəssisələrdən morfoloq-alimləri qəbul edir.
Morfoloqların birgə beynəlxalq konqresi və Ümumrusiya Assosiasiyasının qurultayı ilk dəfədir keçirilir. Üç gün ərzində təqribən 30 məruzə təqdim olunmuşdur.
Dünyanın hər yerindən alimlər histologiya, embriologiya, anatomiya sahəsində öz nailiyyətlərini bölüşürlər. Əsas vəzifələrdən biri orqanizmin inkişaf qanunauyğunluqlarını öyrənməkdir. Təbabətin gələcəyi bundan asılıdır. Axı, son bir neçə on ildə tibbi elmi çox irəliləmişdir. Alimlər molekulyar-genetik araşdırma aparır, kötük hüceyrələrini öyrənirlər.
Ola bilsin, yaxın vaxtlarda bəşəriyyət dərmanlardan imtina edə biləcəkdir.
Vilayət mərkəzi konqres iştirakçılarını artıq ikinci dəfədir qəbul edir və bu da təsadüfi deyildir. Tümen morfoloqlarınını elmi məktəbi ölkədə ən güclü məktəblərdən biri sayılır. Tümen Tibb Akademiyasında 4 morfologiya kafedrası fəaliyyət göstərir. Histologiya kafedrasına professor Georgi Solovyov başçılıq edir. Professor və yetirmələri tibb elmində əhəmiyyətli kəşflər etmişlər.
Çoxillik müşahidələr “təxmin etmə” fenomeninin açılmasına yaxınlaşmağa imkan vermişdir. Belə ki, yaşlı orqanizmdə baş verənlər dölün ana bətnindəki inkişafından asılıdır.