Əbu-Dabidə “İnteqrativ tibb üzrə Şəfa Sammiti” keçiriləcək

Qahirə, 12 aprel, AZƏRTAC
Aprelin 15-dən 17-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində (ADNEC) 1-ci “İnteqrativ tibb üzrə Şəfa Sammiti” keçiriləcək. Tədbir “Uzunömürlülüyə doğru: səhiyyənin və sağlamlığın yeni konsepsiyası” şüarı altında “Qlobal Səhiyyə Həftəsi” çərçivəsində baş tutacaq.
AZƏRTAC BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, sammit ənənəvi, tamamlayıcı və inteqrativ təbabəti (TCIM) təşviq edən ixtisaslaşmış qlobal platformadır. Tədbir siyasətçilər, ekspertlər, tibb mütəxəssisləri, alimlər və innovatorları bir araya gətirərək çoxşaxəli beynəlxalq əməkdaşlığa şərait yaradır.
Sammitin əsas məqsədi inteqrativ tibbin səhiyyə sistemlərinə daxil edilməsini gücləndirmək, BƏƏ-nin ənənəvi tibb irsini tanıtmaq və elmi-tədqiqat, təhsil, investisiya, idarəetmə və ictimai maarifləndirmə sahələrini əhatə etməkdir.
Tədbir çərçivəsində təcrübələrin tənzimlənməsi, elmi sübutlar, tədqiqat və innovasiya, təhsil və bilik mübadiləsi üzrə panel müzakirələri və forumlar keçiriləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [17:36]
Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb
- 23.04.2025 [17:29]
İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb
- 23.04.2025 [17:02]
Çexlər getdikcə daha çox əcnəbilərlə ailə qururlar
- 23.04.2025 [17:01]
Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi
- 23.04.2025 [16:53]
Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb
- 23.04.2025 [16:17]