Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbiyyatımızın canlı həyat ədibi

Ədəbiyyatımızın canlı həyat ədibi

Bu gün Nəcəf bəy Vəzirovun anadan olmasından 165 il ötür

Bakı, 2 aprel, AZƏRTAC

Nəcəf bəy Vəzirov dramaturgiyamızın inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli ədib Nəcəf bəy Vəzirovun anadan olmasının 165-ci ildönümü tamam olur.

Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda oxuyub-yazmağı öyrənib.

Vəzirov ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873-cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

N.Vəzirov 1874-cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən Moskvaya qayıdır və sentyabrda Petrovski-Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli-azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878-ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir. 1878-ci ildə N.Vəzirov Petrovski-Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880-ci ilin iyul ayına qədər burada çalışır. Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunur. 1887-ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890-cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi-azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski-Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, “Pəhləvanı-zəmanə” kimi klassik əsərlərini yaradır. N.Vəzirov 1903-cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1913-cü il noyabrın 15-də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib. Azərbaycanda aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.

Nəcəf bəy Vəzirov 1926-cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya - Çuxuryurda gedib və iyulun 13-də orada ürək çatışmazlığından vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

“Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib