İDMAN
Eden Hazard ötən mövsüm UEFA Avropa Liqasının ən yaxşı oyunçusu seçilib
Bakı, 30 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 30-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı oyunçusunun adı açıqlanıb.
Bu ada İspaniyanın “Real Madrid” klubunda çıxış edən İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Eden Hazard layiq görülüb.
Belçikalı hücumçu “Çelsi”dəki sabiq komanda yoldaşı Olivye Jirunu və hazırda “Real Madrid”də birgə çıxış etdiyi Luka Yoviçi qabaqlayıb.
Qeyd edək ki, Eden Hazard bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan UEFA Avropa Liqasının qalibi olub. Həmin görüşdə “Çelsi” İngiltərənin digər klubu “Arsenal”ı 4:1 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:25]
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
- 06.05.2024 [15:22]
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar
- 06.05.2024 [15:10]
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
- 06.05.2024 [15:00]
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
- 06.05.2024 [13:12]
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
- 06.05.2024 [13:02]