ƏDLİYYƏ ORQANLARINDA QULLUĞA QƏBUL ÜZRƏ MÜSABİQƏYƏ SƏNƏD QƏBULU DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş növbəti müsabiqə üzrə sənədlərin qəbulu və yoxlanılması başa çatdırılmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən iyun-avqust aylarında respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrinə, orta ixtisas məktəblərinə qəbul üzrə test imtahanlarının keçirilməsi ilə əlaqədar ədliyyə orqanlarına namizədlərlə imtahanın həmin dövrdə keçirilməsi mümkün olmayacaqdır.
Bununla əlaqədar vətəndaşların müraciətlərini nəzərə alaraq müsabiqədə iştirak etmək istəyən ali təhsilli hüquqşünasların sənədlərinin qəbulunun avqustun 15-dək uzadılması qərara alınmışdır.
Sənədlər iş günləri saat 9.00-dan 18.00-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) qəbul olunur.
Əlavə məlumat üçün nazirliyin internet saytına (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlarla müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]