Əfqanıstanda partlayışlar nəticəsində 3 nəfər ölüb
Bakı, 6 aprel, AZƏRTAC
Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində ar-arda baş vermiş iki partlayış nəticəsində 3 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, meyitlərin və yaralıların aparıldığı Nanqahar vilayətinin xəstəxanasının baş həkimi Məhəmməd Şoyeb Sahak ölənlərin birinin uşaq, ikisinin isə qadın olduğunu deyib.
Nanqahar vilayəti hökumətinin sözçüsü Ataullah Xoqyani yaralıların 9 nəfərinin təhlükəsizlik qüvvələrinin əsgərləri olduğunu qeyd edib. O əlavə edib ki, partlayışların səbəbi hələ aydın deyil. Heç bir qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]