Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhalinin siyahıyaalınması və statistik tədqiqatlarda onun əhəmiyyəti

Əhalinin siyahıyaalınması və statistik tədqiqatlarda onun əhəmiyyəti

Bakı, 2 may, AZƏRTAC

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib. AZƏRTAC əhalinin siyahıyaalınmasının əhəmiyyətini nəzərə alaraq Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyevin məqaləsini təqdim edir.

Əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Əhalinin siyahıyaalınması və onun inkişafı əhalinin sayı, yerləşməsi və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənirdi. Əhalinin siyahıyaalınmasının müasir tarixində üç mərhələni qeyd etmək olar.

Birinci mərhələdə (XVIII əsrin sonu - XIX əsrin birinci yarısı) siyahıyaalmaların təşkili və onların proqramlarının müəyyənləşdirilməsi üçün əsaslar qoyulub. Bu dövrdə əhalinin siyahıyaalınması hər 10 ildən bir Birləşmiş Ştatlar və İngiltərədə, hər 5 ildən bir Fransa və İsveçdə, 3-4 ildən bir Avstriyada müntəzəm şəkildə, Danimarka, İslandiya, Norveçdə, eləcə də bəzi ərazilərdə, əsasən ABŞ-ın müstəmləkələrində qeyri-müntəzəm şəkildə keçirilib. Bu siyahıyaalma məhdud sayda əlamətləri nəzərə almaqla, bütün əhalini əhatə etmirdi və onların materiallarının işlənməsi bir çox illər çəkirdi.

İkinci mərhələdə (XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı) əhali siyahıyaalmaları Avropanın və Amerikanın bütün ölkələrində, bəzi Asiya və Afrika ölkələrində başlayıb. Tədricən nəzəri-metodoloji materiallar inkişaf etdirilib və əhalinin siyahıyaalınması təcrübəsi təkmilləşdirilib, yeni göstəricilər daxil edilib, əhalinin siyahıyaalınması proqramları, eləcə də onların emalı proqramları genişləndirilib. Əhalinin siyahıyaalınması üzrə növbəti təkmilləşdirmə 1846-cı ildə Belçikada keçirilən siyahıyaalma ilə bağlıdır və əhali siyahıyaalınmasının müasir anlayışına keçidi təmin edirdi. İlk dəfə olaraq birgünlük olmaqla yalnız mövcud əhalini nəzərə alırdı. Bu ərəfədə siyahıyaalmanın təşkili forması təkmilləşdirildi. Xüsusi siyahıyaalma blankları və onların doldurulması təlimatı hazırlandı, nəzərdə tutulan əlamətlər üzrə, xüsusən yaş və məşğulluqla bağlı suallar konkretləşdirildi. Əhalinin siyahıyaalınması proqramında yenilik ümumi demoqrafik xüsusiyyətlərlə, savadlılıq, təhsil, miqrasiya, doğum və ölüm, əhalinin sosial-iqtisadi xüsusiyyətləri (məşğulluq, iş yeri və sair) ilə bağlı idi. Bundan əlavə siyahıyaalma mövcud əhali üzrə deyil, daimi əhali üzrə, yaxud eyni vaxtda hər iki kateqoriya üzrə aparılmağa başlandı. Siyahıyaalmaların təşkilinin təkmilləşdirilməsində beynəlxalq statistik konqreslərin rolu böyük əhəmiyyət kəsb etməyə başladı. 1853-cü il konqresinin Brüssel sessiyasında əhalinin siyahıyaalınmasının aparılması üçün əsas qaydalar hazırlandı. Konqresin sonrakı sessiyalarında bu qaydalar dəqiqləşdirildi, müzakirə edildi və 1872-ci ildə Sankt-Peterburq sessiyasında vahid formaya gətirildi. Məhz həmin vaxt əhalinin siyahıyaalınmasının təşkili üçün əsas prinsiplər hazırlanıb ki, bu da demək olar ki, indiyədək əhəmiyyətini qoruyub saxlayır. Əhalinin siyahıyaalınmasına dair tövsiyələrin daha da inkişaf etdirilməsi Beynəlxalq Statistika İnstitutu, BMT-nin Statistika Komissiyası tərəfindən həyata keçirilib.

Üçüncü mərhələ (XX əsrin ortalarından) əhali haqqında məlumata olan tələbatın artması ilə şərtlənirdi. Əhalinin siyahıyaalınması bir sıra Asiya ölkələrində, eləcə də yeni müstəqil dövlətlərin yaranması ilə bağlı Afrikada aparılmağa başlandı. 70-ci illərdə Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Əfqanıstan kimi ölkələrdə ilk dəfə siyahıyaalma aparılıb. XX əsrin sonuna qədər əhalinin siyahıyaalınması demək olar ki, dünyanın bütün əhalisini əhatə edib. İnkişaf etmiş ölkələrdə vətəndaşlar qanuna tabe olur və əhalinin siyahıyaalınması hər kəsin vətəndaşlıq borcu kimi səciyyələndirilir. Siyahıyaalma zamanı kifayət qədər təcrübə toplanıb: siyahıyaalmanın aparılmasında istər universal üsullar, istərsə də müxtəlif dövlətlərin siyasi sisteminə, etnik tərkibinə və digər xüsusiyyətlərinə aid konkret aspektlər mövcuddur. Əhalinin siyahıyaalınmasına hazırlıq zamanı, digər ölkələrdəki oxşar kampaniyaların təşkili və keçirilməsi təcrübəsinə müraciət hər zamankından daha vacibdir: burada əsas amil səhvlərin təkrarlanmasından qaçmaq və mümkün problemlərin effektiv həllinı tapmaq arzusu ilə bağlıdır.

Dünyanın bir çox ölkələri üçün statistik tədqiqatların aparılmasına dair yeni müasir alternativ yanaşmaların olmasına baxmayaraq, demoqrafik və sosial göstəricilər üzrə əhalinin vəziyyəti haqqında məlumatların yeganə və dəqiq məlumat mənbəyi hər bir vətəndaşın sorğusuna əsaslanan ənənəvi və geniş miqyaslı əhali siyahıyaalmasıdır.

Əhalinin siyahıyaalmasının tam və hərtərəfli tərifi BMT-nin Statistika Komissiyası tərəfindən verilib. Bu tərifə əsasən, əhalinin siyahıyaalınması “zamanın müəyyən bir vəziyyətinə ölkədə olan bütün şəxslərə və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların toplanması, yekunlaşdırılması, qiymətləndirməsi, təhlili, nəşri və ya başqa şəkildə yayılmasının vahid prosesidir”. Bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir. Demək olar ki, cəmiyyətin demokratik inkişaf dərəcəsi, ölkə daxilində vətəndaş qurumlarının inkişaf səviyyəsi əhalinin siyahıyaalınmasında öz əksini tapır. Bu səbəbdən müntəzəm şəkildə aparılan əhali siyahıyaalmaları demokratik cəmiyyətin ən mühüm əlamətlərindən biri hesab olunur. Bu isə cəmiyyəti təşkil edən bütün sosial qrupların maraqlarını əks etdirməklə onu nəzərə almağı təmin edir.

BMT dünyanın bütün ölkələrinə “Üçüncü minilliyin ərəfəsində əhalinin siyahıyaalınmasının aparılmasına dair təkliflər”ni göndərərək bu tədbirin hər 10 ildən bir həyata keçirilməsini tövsiyə edib. Məlumdur ki, on il ərzində cəmiyyətdə əhalinin siyahıyaalınması metodlarının effektivliyini əhəmiyyətli dərəcədə azaldan mühüm dəyişikliklər baş verir. Bu səbəbdən, müasir sosial və davranış amillərini nəzərə alaraq, anketlərin məzmununa, məlumatların toplanması və emalı metodikasına düzəlişlərin edilməsi tələb olunur. Siyahıyaalma aparılmadan əvvəl əhali ilə əhatəli iş aparılır. Əsas məqsəd əhalinin siyahıyaalınmasının faydalı, zəruri tədbir olduğunu göstərmək və inandırmaqdır.

Siyahıyaalma hər bir ölkənin milli statistikasının əsasını təşkil edir, istər regional, istərsə də qlobal səviyyədə demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir. Dünyanın inkişaf etmiş ölkələrində əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş səmərənin onun yerinə yetirilməsi xərcindən artıq olması qənaəti təsdiqlənib. Bundan əlavə, siyahıyaalma cəmiyyətin siyasi həyatı üçün bir növ stimuldur və ictimai resursların ədalətli istifadəsinə, paylanmasına yardım edir.

Dünyanın demək olar ki, bütün ölkələrində mövcud olan statistika haqqında qanuna əsasən, siyahıyaalma zamanı toplanan bütün məlumatlar statistik məqsədlər üçün istifadə olunur. Hər bir şəxs haqqında əldə edilən məlumat hər hansı təşkilat və ya fərdi şəxsə verilə bilməz. Müxtəlif ölkələrin siyahıyaalma üzrə anket forması çox oxşardır. Dövlətin sosial proqramlarını həyata keçirmək üçün anketə müvafiq suallar daxil edilir. Bununla yanaşı, hər bir ölkə siyahıyaalmaya hazırlıq işləri və əhali ilə işləməyin üsulları üzrə mexanizmi cəmiyyətin ənənələrini nəzərə alaraq tərtib edir.

Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999-cu ildə keçirilib. Müasir dövrdə əhalinin siyahıyaalınmasının aktuallığı qabaqcıl monitorinq tədqiqatı kimi dünyanın bütün bölgələrində əhalinin sürətli artımı ilə səciyyələnir. Ölkənin sosial-iqtisadi proseslərinin idarə edilməsi, ilk növbədə əhali haqqında keyfiyyətli informasiya təminatını tələb edir. Hər bir ölkə öz ehtiyatları haqqında məlumata malik olmalıdır. Bu baxımdan əhalinin sayı, onun tərkibi, keyfiyyət göstəriciləri mühüm strateji ehtiyat hesab edilir. Əhalinin siyahıyaalınması əhalinin hərtərəfli xüsusiyyətlərini əks etdirməklə cəmiyyətin inkişafının bütün sahələrinin tənzimlənməsi, sosial-iqtisadi proqramların işlənməsi və reallaşdırılması üçün zəruri olan mühüm məlumat mənbəyidir. Məhz əhali siyahıyaalması demoqrafları, iqtisadçıları, sosioloqları, digər mütəxəssisləri, habelə dövlət qurumları və digər müvafiq təşkilatları əhali, onun sayı və tərkibi haqqında lazım olan məlumatlarla təmin edir. Siyahıyaalma məlumatları hökumət tərəfindən təhsil və səhiyyə sistemində, məşğulluğun planlaşdırılmasında, elektrik enerjisinin bölgüsündə, nəqliyyat infrastrukturunun düzgün inkişaf etdirilməsində, yaşayış evlərinin tikintisinin planlaşdırılmasında adekvat qərarların qəbul edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, əhalinin siyahıyaalınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqqında bir sıra əlamətlər üzrə məlumat toplanır. Lakin ölkənin əhalisi haqqında toplanılmış bu ilkin məlumat işlənməzsə, sistemə salınmazsa heç bir nəticə çıxarmaq olmaz. Ölkə əhalisini bu məlumat əsasında xarakterizə etmək üçün həmin məlumatı sistemləşdirmək və əhalinin sayını bir sıra əlamətlər üzrə qruplaşdırmaq, yəni yekun məlumat əldə etmək lazımdır. Məsələn, ayrı-ayrı regionların, rayonların və bütün ölkədəki əhalinin sayını, kənd və şəhər əhalisinin sayını, əhalinin yaş qrupları üzrə sayını, kişi və qadınların sayını və sair müəyyən etmək lazımdır. Ancaq belə məlumat əsasında ölkənin əhalisi haqqında aydın təsəvvür əldə etmək mümkündür.

Əhali bilavasitə istehsal prosesinin iştirakçısı (əmək qabiliyyətli hissəsi) və onun nəticələrinin istehlakçısı olduğuna görə müasir dövrdə əhali dedikdə hərtərəfli tədqiqat obyekti başa düşülür. Belə ki, əhalinin, onun həyat keyfiyyətinin, cəmiyyətdə baş verən proseslərin statistik tədqiqinə maraq artmaqda davam edir. Statistikada tədqiqatın predmeti kimi əhali müəyyən ərazidə yaşayan, doğum və ölüm hesabına fasiləsiz olaraq yenilənən əhali məcmusu kimi səciyyələnir. İstənilən ölkənin əhalisi öz tərkibinə görə yekcins deyil və zamana görə dəyişir. Bu səbəbdən əhalinin inkişaf qanunauyğunluqları, onun tərkibinin dəyişməsi və bir çox digər xarakteristikalar konkret tarixi şərtlər nəzərə alınmaqla tədqiq olunur.

Statistik tədqiqatda istər müşahidə vahidi, istərsə də müşahidə obyekti iştirak edə bilər. Statistik tədqiqatın müşahidə vahidi ayrıca fərdlər yaxud ailə ola bilər. 1999-cu ildən etibarən əhalinin siyahıyaalınmasında yalnız ailə deyil, beynəlxalq təcrübədə olduğu kimi, həmçinin, ev təsərrüfatı nəzərə alınır. Ailədən fərqli olaraq ev təsərrüfatı dedikdə birgə yaşayan və ümumi təsərrüfat aparan insanlardan (qohumluq əlaqəsi vacib hesab edilmir) ibarət olan sosial-iqtisadi özək başa düşülür. Ailədən fərqli olaraq ev təsərrüfatı maddi cəhətdən özünü təmin etməklə bir nəfərdən də ibarət ola bilər. Statistik tədqiqatın müşahidə obyekti müxtəlif əlamətlər üzrə formalaşa bilər: bütövlükdə əhali (daimi yaxud mövcud), əhalinin ayrı-ayrı qrupları (əmək qabiliyyətli əhali, işsizlər, təqaüdçülər, şəhər yaxud kənd əhalisi, kişi yaxud qadın və sair), gənc ailələr yaxud, əksinə yaşlılar, il ərzində (yaxud digər dövrdə) doğulanlar yaxud ölənlər və sair. Müşahidənin obyekti və vahidi tədqiqatın məqsədindən asılı olaraq müəyyən edilir. Statistik tədqiqatın əsas informasiya mənbəyini əhali siyahıyaalınması materialları təşkil edir. Əhalinin sayı haqqında burada daha tam və dəqiq məlumat mövcud olur. Sonuncu siyahıyaalma məlumatlarından istifadə etməklə doğulanlar, ölənlər, ölkəyə daxil olan və ölkədən gedənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir. Demoqrafik və sosial sahədə digər mühüm məlumatları əldə etmək üçün adətən seçmə müşahidələr təşkil olunur. Əhali üzrə aparılan hər bir statistik müşahidə əsasında müxtəlif məsələləri həll etmək olur. Bütövlükdə əhali statistikasında əsas aşağıdakı məsələləri qeyd etmək olar:

• əhali sayının müəyyən edilməsi və onun ölkə ərazisi üzrə bölgüsü;

• əhalinin tərkibinin öyrənilməsi (cinsinə, yaşına, milli mənsubiyyətinə, sosial vəziyyətinə, təhsilinə, məşğulluğuna və sairə görə);

• əhalinin təbii hərəkətinin öyrənilməsi (doğum, ölüm, əhalinin təbii artımı);

• əhali miqrasiyasının öyrənilməsi.

Əhalinin siyahıyaalınması məlumatlarından, həmçinin əmək bazarının tədqiqində geniş istifadə olunur. Mövcud məlumatlardan istifadə etməklə, hazırlanmış metodologiyaya müvafiq olaraq, seçmə nümunələr elmi əsaslarla müəyyən edilir. Aparılan tədqiqat əsasında əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri olan iqtisadi-fəal əhali, məşğul əhali, işsiz əhali, qeyri-fəal əhali haqqında məlumat əldə edilir. Bu məlumatların müxtəlif qruplaşmalar üzrə (ərazi bölgüsünə, cinsə, təhsilə, yaş qruplarına və sair) bölgüsü verilir.

Əhalinin iqtisadi fəaliyyəti haqqında statistik məlumatlar aşağıdakı məqsədlər üçün böyük əhəmiyyət kəsb edir:

• iqtisadi və sosial siyasətin formalaşdırılması və planlaşdırılması: məsələn, dövlət və özəl sektorlarda məşğulluğun təşviq edilməsi, işsizliyi, natamam məşğulluğu azaltmaq üçün xüsusi proqramların hazırlanması, eləcə də yeni iqtisadi fəaliyyət növləri üzrə ərazilərin və bazarların müəyyən edilməsi üçün qərarların qəbul edilməsi;

• investisiya sahəsində qərarların qəbul edilməsi, təhsil sahəsində tələbatın müəyyən olunması, eləcə də yoxsulluqla mübarizə yollarını aydınlaşdırmaq üçün əmək bazarında vəziyyətin öyrənilməsi üzrə siyasətin həyata keçirilməsi zamanı əldə edilməsi tələb olunan məqsəd göstəricilərinin müəyyənləşdirilməsi;

• iqtisadiyyatın mövcud vəziyyətinin və əhalinin müxtəlif qrupları arasında iqtisadi vəziyyətindəki fərqlərin aşkar edilməsi daxil olmaqla məşğulluq yaxud sosial təminat sahəsində milli proqram və siyasətin qiymətləndirilməsi;

• pensiya təminatı və digər sosial sığorta proqramlarını işləyib hazırlamaq üçün elmi tədqiqatların aparılması;

• əmək miqrasiyası ilə bağlı təhlillər;

• yoxsulluğun xəritəsinin müəyyən edilməsi;

• iqtisadi və sosial vəziyyətin öyrənilməsi və təsviri, eləcə də müxtəlif yaşayış məntəqələrində, region yaxud ölkə daxilində əmək bazarının vəziyyətinin təhlili.

Əhalinin siyahıyaalınması məlumatlarından tematik seçmə müşahidələrin hazırlanmasında istifadə olunur. Bu məlumatlar aşağıda göstərilən məsələlər üçün əsas hesab olunur:

• statistik tədqiqat layihələrinin icrası üçün məlumatla təmin edilməsi;

• demoqrafiya sahəsində göstəricilərin hazırlanması;

• kənd təsərrüfatı sahəsində, eləcə də qeyri-formal sektor üzrə iqtisadi fəaliyyətin tədqiqi;

• müşahidə vahidlərinin stratifikasiyası;

• statistik tədqiqatların qiymətləndirilməsi.

Nəticə olaraq qeyd etmək lazımdır ki, sosial-iqtisadi və sosial-ekoloji xarakterli bütün məsələlərin həllini dərin statistik tədqiqat olmadan həyata keçirmək mümkün deyil. Burada əsas şərt tədqiqat obyekti haqqında tam və düzgün informasiyanın olmasıdır. Odur ki, statistik tədqiqat dedikdə məlumatların toplanması, işlənməsi, qruplaşdırılması, ümumiləşdirilməsi və təhlili başa düşülür.

Statistik tədqiqatın birinci mərhələsində ilkin statistik məlumatlar formalaşır ki, bu da aparılacaq tədqiqatın fundamentini təşkil edir. Statistik tədqiqatın etibarlı, düzgün, keyfiyyətli olması üçün məhz, ilk növbədə, onun fundamenti keyfiyyətli olmalıdır. İlkin statistik məlumatlarda mövcud səhvlər istər nəzəri, istərsə də praktiki nəticələrin doğru və etibarlı olmasına öz mənfi təsirini göstərmiş olur. Bu səbəbdən aparılan siyahıyaalmalar və digər statistik müşahidələr ilk mərhələdən son mərhələyədək diqqətlə düşünülməli, elmi üsullarla təşkil edilməlidir. Statistik müşahidə əldə olunmuş nəticələri ümumiləşmək üçün ilkin mərhələdir. Aparılan statistik müşahidə zamanı hər bir vahid haqqında onu müxtəlif tərəfdən səciyyələndirən məlumatlar mövcud olduqda alınan məlumatların yekunu bütün statistik məcmunu və onun ayrı-ayrı hissələrini xarakterizə edə bilir. Bu mərhələdə statistik məlumatlar toplusu fərq əlamətlərinə görə bölünür və bənzərlik əlamətlərinə görə birləşdirilir, ümumi göstəricilər qruplar və məqsədlər əsasında hesablanır. Qruplaşdırma metodundan istifadə etməklə tədqiq olunan statistik vahidlər əsas xüsusiyyətlərə əsasən ən əhəmiyyətli növlərə, xarakterik qruplara və alt qruplara bölünür. Qruplaşdırmadan istifadə edərək, əhəmiyyət kəsb edən keyfiyyətcə həmcins məcmu formalaşdırılır ki, bu da ümumiləşdirici göstəricilərin müəyyən olunması və tətbiqi üçün əsas şərtdir. Təhlilin yekun mərhələsində ümumiləşdirici göstəricilər əsasında nisbi və orta kəmiyyətlər hesablanır, variasiya və keyfiyyət göstəriciləri hesablanır, dinamika qurulur, indekslər hesablanır, balans qurulur, əlaqə sıxlığını xarakterizə edən göstəricilər hesablanır, statistik modellər qurulur. Rasional və vizual təsvir olunması məqsədilə mövcud məlumatlar cədvəllər və qrafiklər şəklində təqdim olunur.

Bütün bunları nəzərə alaraq demək olar ki, siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Arazda batan şəxsin meyiti tapılıb

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib