“ƏHMƏD HARADADIR?”IN YUBİLEYİ “NİZAMİ” KİNOTEATRINDA QEYD EDİLMİŞDİR
Kinoteatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, tədbirdə mədəniyyət naziri Polad Bülbüloğlu, filmdə Ceyran rolunun ifaçısı, Gürcüstanın xalq artisti Nana Paçuaşvili, şofer Əhməd rolunun ifaçısı, əməkdar artist Elxan Qasımov, uzundraz Oqtay rolunun ifaçısı Novruz Axundov, filmin bəstəkarı Rauf Hacıyevin qızı Nanə Hacıyeva və başqaları çıxış edərək, Azərbaycan kinosunun incilərindən sayılan “Əhməd haradadır?” bədii filmindəki milli koloritdən, yüksək rejissor işindən, maraqlı aktyor ifasından, gözəl musiqi yaradıcılığından, kadr arxasında cərəyan edən hadisələrdən söz açmış, unudulmaz xatirələrini söyləmişlər.
Natiqlər ssenari müəllifi Sabit Rəhmanın, quruluşçu rejissor Adil İsgəndərovun, bəstəkar Rauf Hacıyevin, əsas rolların ifaçıları Nəcibə Məlikovanın, Mustafa Mərdanovun, Məmmədrza Şeyxzamanovun, Lütfəli Abdullayevin, Əliağa Ağayevin, Bəşir Səfəroğlunun, tanınmış aktyorlar Töhfə Əzimovanın, Siyavuş Şəfiyevin xatirəsini minnətdarlıqla yad etmişlər.
Axırda incəsənət ustalarının ifasında bədii hissə başa çatdıqdan sonra “Əhməd haradadır?” filmi nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]