CƏMİYYƏT
Əhməd İsmayılov: "E-köşk” platforması müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Dövlət yazılı medianın inkişafına hər zaman dəstək göstərir. "E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması bu dəstəklərdən biridir. Müasirlik, yenilik günün tələbidir və buna uyğunlaşmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə söyləyib.
MEDİA-nın rəhbəri bildirib ki, "E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb.
Əhməd İsmayılov qəzet saytlarının yenidən qurulması prosesinin artıq başa çatdığını qeyd edib. Vurğulayıb ki, media subyektlərinin iqtisadi cəhətdən gücləndirilməsi MEDİA-nın başlıca məqsədlərindəndir.