Əlahiddə Nümunəvi Orkestrin konserti maraqla qarşılanıb
Bakı, 12 aprel, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti olub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert Bakı Musiqi Akademiyasının yaranmasının 100 illiyi münasibətilə təşkil edilib. Bədii rəhbəri Xalq artisti, professor, general -mayor Yusif Axundzadə olan orkestr konsertdə bir-birindən maraqlı musiqi parçaları ifa edib. Konsert çərçivəsində təqdim olunan musiqi nömrələrinin əksəriyyəti ilk dəfə dinlənilib.
Konsert proqramı maraqla qarşılanıb.