ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – Əlcəzair inqilabı günü münasibətilə Sizi və dost Əlcəzair xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1noyabr 2003-cü il.