Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı öz işinə başlamışdır

Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı öz işinə başlamışdır.

Tədbiri açan AMEA prezidenti, akademik Mahmud Kərimov yaşadığımız dövrdə informasiya texnologiyalarının dinamik inkişafının və tətbiqinin zəruri olduğunu, dünyada gedən bu proseslərin elmin müxtəlif sahələrinə təsir etməklə yeni reallıqların meydana çıxardığını bildirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin gələcəklə bağlı əhəmiyyətli çağırışları ölkədə biliyin ön plana keçməsi, əmək fəaliyyətinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə etməklə daha yüksək səviyyədə qurulması elektron elmin (e-elmin) formalaşması üçün geniş zəmin yaratmışdır.

Beynəlxalq səviyyədə e-elmlə bağlı müxtəlif konsepsiyalar, proqramlar qəbul olunmuşdur. İnformasiya cəmiyyəti məsələləri üzrə 2005-ci ilin noyabrında Tunisdə keçirilən beynəlxalq sammitdə qəbul olunan qərarların e-elmin formalaşmasında və inkişafında böyük əhəmiyyəti vardır. Azərbaycanda da bu istiqamətdə müəyyən işlər görülmüşdür. UNESCO-nun xüsusi komissiyasının tövsiyəsi ilə Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasında (TERENA) qeydiyyata alınmış e-elmin şəbəkə platforması olan “AzScienceNet Elm Kompyuter” şəbəkəsi fəaliyyət göstərir, GRİD texnologiyaları əsasında hesablama mühitlərinin yaradılması istiqamətində də mühüm işlər görülmüşdür.

Bugünkü e-elmin problemlərinə həsr olunmuş elmi-praktiki konfrans ölkəmizdə formalaşan informasiya cəmiyyətinə elmi dəstək verilməsi, e-elmin məqsəd, vəzifə və inkişaf perspektivlərinin müəyyən olunması, elmi qurumların fəaliyyətində informasiya texnologiyalarının geniş tətbiqi problemlərinin müzakirəsi, həlli yollarının axtarılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov ölkəmizdə dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətlərində aparılan məqsədyönlü işlərdən danışmışdır.

Qeyd olunmuşdur ki, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın təmin edilməsi üçün informasiya cəmiyyətinin (İC) qurulması vacibdir. Elektron elm “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində formalaşmaqda olan e-hökumətin tərkib hissəsidir. Son illərdə İC quruculuğu sahəsində böyük uğurlar əldə olunmuş, elmi qurumların fəaliyyətində informasiya texnologiyalarının tətbiqi genişlənmişdir.

Ə.Abbasov, həmçinin e-elmin formalaşması istiqamətində qarşıda duran vəzifə və perspektivlərdən ətraflı söhbət açmışdır.

Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması prosesinin uğurla inkişaf etdiyini qeyd edən təhsil naziri Misir Mərdanov e-təhsil və e-elmin inteqrasiyasının zəruriliyini önə çəkmiş, təhsilin inkişafında informasiya texnologiyalarının aparıcı rolundan danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirmişdir ki, hazırda dünyada qloballaşma prosesi gedir. Keçid dövrünü uğurla başa vuraraq davamlı inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan bu qloballaşma proseslərinə öz dəsti-xətti ilə inteqrasiya olunmaqdadır. Bu isə Azərbaycanda ən yeni texnologiyaların tətbiqini elmin inkişafı kontekstində zəruri edir. Son dövrdə Azərbaycanda bu sahədə sürətli və dinamik inkişaf müşahidə olunur. Artıq informasiya texnologiyalarının tətbiqi genişlənmiş, internet sürətlə inkişaf etmiş, radio televiziya yayımlarının keyfiyyəti yüksəlmiş, mobil telefon və kompyuter istifadəçilərinə görə Azərbaycan dünya dövlətləri arasında öncül yer tutmuşdur.

“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan Elçin Babayev bildirmişdir ki, Strategiyada nəzərdə tutulmuş əsas hədəflərdən biri də elmi fəaliyyətdə islahatların aparılması, İKT-nin geniş tətbiqi, e-elmin formalaşması prosesinin inkişaf etdirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüseynov respublika üzrə elmi kadrların hazırlanması və ekspertizası prosesində “AzScienceNet” şəbəkəsinin rolu və milli elektron elmi resurslarının yaradılması və qiymətləndirilməsində bu şəbəkənin potensial imkanları haqqında danışmışdır.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev e-elmin aktual elmi-nəzəri və texnoloji problemlərini nəzərə çatdırmışdır. “E-elm” proqramının yaradılmasında əsas məqsədin respublikanın elmi idarə və təşkilatlarında aparılan elmi-tədqiqat işlərinin bütün mərhələlərində nəticələrin səmərəliliyini yüksəltmək, onların bu sahədəki fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək, milli elmin inkişafına kömək etmək və Azərbaycanın ümumdünya elektron informasiya məkanına inteqrasiya olunmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırmışdır.

Konfransda e-elmin nəzəri və texnoloji problemləri, şəbəkə infrastrukturu, informasiya təhlükəsizliyi, elmmetriya, bibliometriya, vebometriya, paylanmış hesablama sistemləri və buludları, həmçinin e-elm və sosial şəbəkələr ətrafında məruzələr dinlənilmişdir.

Konfrans işini seksiyalar üzrə noyabrın 16-da davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır