Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” - elmi konfrans

Bakı, 15 fevral, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişafından danışıb, iki ölkənin tarixi köklərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib. O, 10 ildən çoxdur ki, AMEA-da Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur yaradıcılığına həsr olunan birgə silsilə tədbirlərin keçirildiyini, özbək ədəbiyyatı klassiklərinin irsinin geniş tədqiq edildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində dövlətimizin başçısının Türk dünyası ilə Azərbaycan Respublikasının əlaqələri haqqında irəli sürdüyü fikirləri xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyev andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”, - deyərək Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu və ölkəmizin siyasətinin Türk Dövlətləri Təşkilatını gücləndirməkdən ibarət olduğunu vurğulayıb.

Hazırda Türk Dövlətləri Təşkilatının öz coğrafiyasını genişləndirməkdə olduğunu söyləyən akademik İsa Həbibbəyli bu təşkilatın Ağsaqqallar Şurasının, Türk Universitetlər Birliyinin, Qadınlar Birliyinin yaradıldığını bildirib. O, Türk Dövlətləri Təşkilatının elmi heyətinin da yaxın gələcəkdə formalaşdırılmasının zəruriliyini qeyd edib.

Alim Özbəkistanla davam edən elmi əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayaraq, Ədəbiyyat İnstitutunda özbək ədəbiyyatının araşdırılması üçün Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin, həmçinin Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan başqa, Əlyazmalar İnstitutunda yaradılan Türk əlyazmaları və Şərqşünaslıq İnstitutunda yaradılan Türk ölkələri ilə əlaqə şöbələrinin Türk dünyasının görkəmli nümayəndələrinin yaradıcılığının öyrənilməsinə xidmət göstərdiyini bildirib.

“Böyük dövlətçilik ənənəsi olan Özbəkistan dünyaya Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir”, - deyən AMEA prezidenti Baburun dünyaca məşhur “Baburnamə” əsərinin Özbəkistanın dövlətçilik prinsiplərini, dövlətçilik tarixini ədəbiyyat dili ilə ifadə edən nadir əsərlərdən olduğunu diqqətə çatdırıb. O, həmçinin Əlişir Nəvainin “Xəmsə”sinin türk dilində yazılmış ilk “Xəmsə” əsəri kimi Türk dünyasına böyük töhfə verdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamına diqqət çəkib. Əlavə edib ki, Əlişir Nəvaini özünün müəllimi hesab etmiş Məhəmməd Füzuli onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi. Əlişir Nəvai təkcə özbək xalqının deyil, Türk dünyasının qüdrətli sənətkarıdır.

O, “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” konfransını ortaq mədəniyyətimizi qiymətləndirməyə meydan açan əhəmiyyətli tədbir kimi səciyyələndirib, elmi konfransın işinə uğurlar arzulayıb.

Daha sonra AMEA rəhbəri 1926-cı ildə azərbaycanlı rəssam Əzim Əzimzadə tərəfindən çəkilən və yaxın günlərdə Əlyazmalar İnstitutunun fondundan tapılan Məhəmməd Füzulinin nadir fotosunu Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə etmək üçün səfirə təhvil verib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov son illərdə Əlişir Nəvai və Zahirəddin Məhəmməd Baburun zəngin yaradıcılıq irsinin öyrənilməsi, onların ölməz əsərlərinin ölkəmizdə və xaricdə təbliği, xatirələrinin əbədiləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü söyləyib. Bildirib ki, müstəqillik illərindən başlayaraq təkcə Özbəkistanda deyil, Fransa, Belçika, Yaponiya, Koreya, Rusiya, ABŞ, Almaniya, Qazaxıstan və Azərbaycanda Əlişir Nəvainin yaradıcılığına həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilməkdədir.

Səfir Bakı şəhərində Əlişir Nəvainin heykəlinin ucaldılmasını qardaş ölkənin özbək şairinin xatirəsinə ehtiramının ifadəsi olduğunu deyib. Vurğulayıb ki, Əlişir Nəvainin müəllimi Nizami Gəncəvinin heykəlinin Özbəkistanın paytaxtı Daşkənddə ucaldılması da iki ölkə arasındakı birlik və qardaşlıq əlaqələrindən xəbər verir.

Bəhram Aşrafxanov Zahiriddin Məhəmməd Baburun da dünya elminin və incəsənətinin inkişafına təsir edən böyük şəxsiyyətlərdən biri olduğunu bildirib: “Babur erkən yaşlarından o dövrdə bir sıra ölkələrin hökmdarları ilə sıx hərbi-siyasi əlaqələr təsis etmişdir. Onların arasında Azərbaycan xüsusi yer tutur və “Baburnamə”də Azərbaycanın adı dəfələrlə çəkilir”.

Çıxışının sonunda səfir konfransın iki qardaş ölkənin elmi-mədəni əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək Azərbaycan-Özbəkistan xalqının qədim və zəngin ədəbiyyat ənənələrinə malik olduğunu söyləyib. O, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Əlişir Nəvaini ən böyük sənətkarlardan biri hesab etdiyini bildirib. Həmçinin türk dövlətinin sərkərdəsi və şairi olmuş böyük tarixi şəxsiyyətlər Zahirəddin Məhəmməd Babur və Şah İsmayıl Xətainin münasibətlərindən danışıb.

Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Zahirəddin Məhəmməd Babur yaradıcılığında Əlişir Nəvai izləri” mövzusunda məruzə edib.

Daşkənd İctimai Elmlər Universitetinin professoru Sultanmurad Alim “Babur - nəvaişünas”, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi Gülbahar Aşurova “Bir əsrin iki mütəfəkkiri: Nəvai və Babur”, Özbəkistan Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktor müavini Maqsud Asadov “Əlişir Nəvai yaradıcılığında “Təb” motivi”, Kokand Universitetinin professoru Zeba Qalibova “Siracəddin Səyyidin “Yüz ah Zahirəddin Məhəmməd Babur” dastanı haqqında” mövzularında məruzələrlə çıxış ediblər.

Həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Nəvainin fars divanında Nizami Gəncəvi poeziyasının ənənələri”, “Azərbaycan lirik şeirində Nəvai təsirinin təzahür formaları”, “Nizami Gəncəvi və Nəvainin “Leyli və Məcnun” poemalarında faciəvi eşq mövzusu: müqayisəli elmi təhlil”, “Nəvai “Xəmsə”sində bədii çevrilmə” mövzularında məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb