Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏLİYEVLƏRİN QƏRARI, SADƏCƏ, SEÇKİ İTTİFAQIDIR

Türkiyənin nüfuzlu mətbuat orqanlarından biri olan “Aksiyon” jurnalının 21 iyul tarixli sayında oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məqalə dərc edilmişdir. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

ƏLİYEVLƏRİN QƏRARI, SADƏCƏ, SEÇKİ İTTİFAQIDIR

“İlham Əliyev öz namizədliyindən Heydər Əliyevin namizədliyini dəstəkləmək üçün istifadə edəcəyini bildirmişdir. Namizədlik statusunun üstünlüklərindən istifadə edərək, media yolu ilə atasının xeyrinə təbliğat aparacaq. Amma Azərbaycan üçün bu seçki demokratiya baxımından əsl imtahan olacaq”.

HAŞİM SÖYLƏMƏZ

“1997-ci il Azərbaycan üçün uğurlu bir il olacaq, 1998-ci il daha uğurlu olacaq. İki mininci illərdə sadə vətəndaşımız dünyanın ən yüksək maddi rifah səviyyəsinə malik vətəndaşlarından biri olacaq, mən buna inanıram”. 1996-cı ilin lap əvvəlində Azərbaycan Prezidenti Heydər Əliyev ölkəsində böyük dəyişikliklər olacağını yuxarıdakı sözlərlə çatdırmağa çalışırdı. 2003-cü il... Azərbaycan bir il əvvəl Avropa Şurası üzvlüyünə qəbul edilərkən dəyişiklik və inkişaf baxımından ən mühüm addımını atmış oldu, beynəlxalq səviyyəli bir ölkəyə çevrildi. Əslində, bu dəyişiklik azadlığın əldə edilməsindən az sonra başlanmışdır. Gənclərin təhsil almaq üçün xaricə göndərilməsi, kiçik qruplardan ibarət olan ordunun müasir vəziyyətə çatdırılması, sosialist iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına keçərkən özəlləşdirmənin aparılması, ağır sənaye və torpaq islahatı sahəsində ciddi işlərin görülməsi Heydər Əliyevin xəyalındakı Azərbaycanın doğru yola çıxdığını göstərirdi. Ancaq yeniləşmə prosesinə girən Azərbaycan üçün iki mühüm məsələ var idi: Bakı-Ceyhan boru kəməri və Dağlıq Qarabağ məsələsi. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan layihəsini gerçəkləşdirən Azərbaycan Qarabağ məsələsini hələ həll edə bilməyib. Bu qeyri-müəyyənlik qarşıdakı günlərdə öz yolu ilə gedən ölkənin taleyinə təsir edəcəkdir. Hər şeyə baxmayaraq, kompleks şəkildə dəyişəcəyi nəzərdə tutulan Qafqazın açarı olan şairlər ölkəsi Azərbaycan oktyabr ayında da demokratiyanın nümayişi mənasına gələ biləcək mühüm bir imtahandan keçəcəkdir.

“Bizim kimi ölkələrdə təcrübəsiz insanlar lider ola bilməz. ABŞ-da hər kəs lider ola bilər. Şərait buna imkan verir. Amma Rusiyada, Azərbaycanda lider olmaq üçün təcrübə lazımdır.” Heydər Əliyev ölkəsində lider olmağın çətinliyini izah edərkən günlərin birində oğlu başda olmaqla 17 nəfərin ona rəqib olacağını haradan bilə bilərdi. Düz 34 illik təcrübəsi olan liderin qorxduğu başına gələ bilərmi?

Yeni prezidentini müəyyənləşdirəcək Azərbaycanı dərin seçki həyəcanı bürümüşdür. Ancaq bu həyəcanın ən mühüm səbəbi 15 oktyabrın adi seçkilərdən çox Azərbaycanın tarixindəki ən demokratik seçki olacağının söylənməsidir. Demokratikləşməni mənimsəməyə başlayan bir ölkə ciddi seçkilərlə bunu taclandırmaq istəyir. Ancaq tacın kimin başına qoyulacağı da maraqla gözlənilir.

Azərbaycanın gələcəyini, keçiriləcək seçkiləri, daha doğrusu, ata ilə oğlun mübarizəsini İstanbula üç ay əvvəl təyin edilən Azərbaycan Respublikasının baş konsulu İbrahim Nəbi oğlu Yaqubovdan soruşduq. Budur seçki və demokratiya tərəzisindəki Azərbaycan...

SEÇKİ DÖNÜŞ NÖQTƏSİDİR

-Azərbaycanda oktyabr ayında prezident seçkiləri keçiriləcək. İctimaiyyət bunu demokratikləşmə, plüralizm baxımından ciddi bir imtahan kimi qəbul edir. Siz yaxınlaşan seçkiləri necə qiymətləndirirsiniz?

-1993-cü ildə Xalq Cəbhəsinin hakimiyyəti zamanında Azərbaycan inanılmaz bir xaosa sürükləndi. Bu qarışıqlığın iqtisadi, mədəni və sosioloji böhranları bir yana qalsın, Azərbaycanda vətəndaş müharibəsi vəziyyəti də yaranmışdı. Bundan əlavə, şimalda və cənubda separatistlər xaricdən də dəstəklənərək hərəkata başladılar. Onsuz da Qarabağla əlaqədar Ermənistan ilə mübarizə gedirdi. Beləcə, Azərbaycan hər tərəfdən mühasirəyə alındı və parçalanma təhlükəsi ilə üz-üzə qaldı. Sonra Sovet İttifaqında ikinci adam səviyyəsinə qədər yüksələn Heydər Əliyev istefaya gedir. Moskvada sakit bir həyat yaşamağa başlayır. Naxçıvan əhalisinin tələbi ilə bir hərəkat başlayır və Azərbaycana gəlib xalqın böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilir. Bu, Azərbaycan üçün dönüş nöqtəsidir. 1990-cı ildə xalqın demokratiyaya alışıb-alışmadığına baxmaq lazımdır. Sovetlər zamanında Moskvanın müəyyən etdiyi adam birbaşa seçilirdi. Ancaq Heydər Əliyevlə birlikdə hər şey dəyişdi və son on ildir ciddi bir demokratikləşmə prosesi gedir. Bu yolda mühüm məsafələr qət edildi. Keçiriləcək seçkilər Azərbaycandakı demokratiya üçün çox mühümdür.

-Bəs, demokratikləşmə struktur baxımından da ciddi bir səmərə verirmi?

-Bəlkə istədiyimiz qədər məsafə qət edə bilmədik, amma Türkiyə Cümhuriyyəti 1949-cu ildə struktur baxımından nə qədər demokratikləşmişdisə, Azərbaycan üçün də vəziyyət elədir. Heydər Əliyevin səyləri və müdrik siyasəti sayəsində Azərbaycan bu problemi də böyük ölçüdə həll edib. 2001-ci ildə Avropa Şurasına üzv oldu. Ordusu beynəlxalq standartlar baxımından yavaş-yavaş dəyişir. Türkiyə başda olmaqla dünya dövlətləri ilə inteqrasiya prosesi gedir. Üç il əvvəl Türkiyə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalandı.

-Heydər Əliyev müsahibələrinin birində Azərbaycan xalqının maddi rifah halının 2000-ci illərdə yüksək səviyyəyə çatacağını, ölkənin dünyada mühüm yer tutacağını demişdir. Sizcə, bu arzu nə dərəcədə gerçəkləşdi və ya işlər Heydər Əliyevin istədiyi kimi gedirmi?

- Tam istədiyi kimi gedir. Qarabağ məsələsi bizim inkişafımıza ciddi bir əngəldir. Amma bu məsələdə də artıq nəticə əldə edilə biləcək addımlar atılır. Bakı-Ceyhan neft kəməri üçün mühüm addımlar atıldı. Bu məsələdə xaricdən dəstəklənən problemlər ortaya çıxdı. Heydər Əliyev bunları aradan qaldırmaq üçün canını əsirgəmədi. Heç nəyə baxmayaraq, Bakı-Ceyhan neft kəmərinə dair müqavilə imzalandı. Kəmərin təməli qoyulub. Azərbaycanda inşaat işləri başlanıb. Bu yaxınlarda Türkiyədə də başlayacaq. Fəqət gözlənilməyən səbəblər işlərin gedişini gecikdirdi.

-Bu prosesin gecikməsi xaricdən qaynaqlanan səbəblərdən əlavə, Azərbaycanın təhsil almış təcrübəli kadrlarını hələ indi yetişdirməsi ilə əlaqədar ola bilərmi?.

- Prosesin yavaş getməsinə yetişmiş kadrların azlığının təsiri var. Amma bu, əsl səbəb deyil. Heydər Əliyev 34 ilə yaxındır Azərbaycanda rəhbərlikdədir. Ölkədə qərbi başa düşə biləcək, dünyaya inteqrasiya edə biləcək kadr qıtlığı var, eyni zamanda, yetişən gənclik var. 1993-cü ildən bəri xaricdə oxuyan, təcrübə qazanan yaxşı bir nəsil yetişir. O, gəncliyin ən bariz nümunəsi isə İlham Əliyevdir. Gənclik onu istəyir və özünə rəhbər kimi qəbul edir.

-İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsində haqqında danışdığımız gənclərin təsiri oldumu?

-Gənclər istədiyinə görə İlham Əliyev namizəd olmuşdur. Azərbaycanın tarixində ən demokratik seçki keçiriləcəkdir. Sözümün əvvəlində də dediyim kimi, bu, Azərbaycan üçün çox vacibdir. On ildən bəri populist siyasət yeridən müxalifət tam parçalanmışdır. Onlar Baki-Ceyhan neft kəmərinə qarşı çıxırlar. Onlar nefti İranın cənubuna daşımaq istəyirlər. Heydər Əliyevə müxalifət olmaq üçün özlərinə xaricdən dəstək axtarırlar. Müxalifətçilik fəaliyyətlərində nəzarətlərində olan qəzetlərə əsaslanırlar. Qəzetləri əllərindən alınsa, bütün səsləri kəsilər. Onsuz da xalq onlara etibar etmir.

QƏLƏBƏ HEYDƏR ƏLİYEVİNDİR

-Dünyadakı seçki tarixində, hər halda, ilk dəfə olaraq ata ilə oğul üz-üzə gələcək. Təbii olaraq bir çəkişmə yaşanacaq. Çəkişmə əvəzinə, hissiyyatları güclü olan Əliyevlərin namizədliyini düşünülmüş bir siyasi manevr kimi də qiymətləndirmək mümkündür. Siz bunu necə qiymətləndirirsiniz?

-Heç bir çəkişmə olmayacaq. Naxçıvan gəncləri və ziyalıları, Bakıdakı bəzi ziyalılar İlham Əliyevin namizəd olmasını istədilər. Bu günədək 19 namizəd var. İkisi iqtidar partiyasındandır, dördü müstəqil namizəddir, on üçü isə digər partiyaların namizədləridir. Yeni Azərbaycan partiyasının sədri Heydər Əliyevin və partiya sədrinin birinci müavini İlham Əliyevin mövqeləri daha möhkəmdir. İlham Əliyev öz namizədliyindən Heydər Əliyevin namizədliyini dəstəkləmək üçün istifadə edəcəyini bildirib. Namizədlik statusunun üstünlüklərindən istifadə edərək, media yolu ilə atasının xeyrinə təbliğat aparacaq. İctimai rəy sorğularına görə, Heydər Əliyev onsuz da birinci yerdədir. Müxalifət bunu qəbul etmir. Amerikalıların apardığı ictimai rəy sorğusunda da Heydər Əliyev 70 faiz səslə birinci yerdədir. Qələbə Heydər Əliyevin olacaqdır.

-İctimaiyyət ata ilə oğulun namizədliyini necə qiymətləndirir?

-Təbii ki, Heydər Əliyevi seçəcəklər. Heydər Əliyev bir simvoldur, bir dövlətdir, yaşayan bir tarixdir. Bunu heç deməyə də ehtiyac yoxdur. İlham Əliyevin namizədliyini irəli sürməsində yeganə məqsəd var. O da bir az əvvəl dediyim kimi, atasını dəstəkləməkdir. Oğul Əliyev seçki qərargahı yaratmayacaq, atası ilə eyni seçki qərargahından istifadə edəcəkdir.

-Müstəqilliyin əldə edilməsindən sonra iqtisadi, siyasi və sosial sahələrdə olan qarışıqlıq şəraitində hansı proseslərdən keçildi, bu yolda Heydər Əliyevin rolunu necə qiymətləndirirsiniz?

-Heydər Əliyev çox yaxşı tarazlaşdırılmış bir siyasət yeritdi. Azərbaycan ciddi blokadada idi. Yeltsinin dövrü ilə Putinin dövrü arasında Rusiya ilə münasibətlər dəyişdi. Putin bu yaxınlarda Azərbaycana gələcək. İran ilə yaxşı əlaqələr var. Xəzərin statusu məsələsində də böyük məsafə qət edildi. Qazaxıstan və Rusiya ilə aparılan danışıqlarla indiki mərhələyə gəlmişik. Azərbaycanda qeyri-neft sektorunda ciddi canlanma var. Bütün bunlar Heydər Əliyevin təsirli gücündən irəli gəlir. Azərbaycan artıq 10 il əvvəlkindən çox fərqlənir.

-Azərbaycan üçün mühüm olan digər bir problem isə Dağlıq Qarabağ məsələsidir. Uzun illərdir insanların əzab çəkdiyi bu bölgə üçün Azərbaycan necə bir həll yolu təklif edir? Bununla bağlı Bərdə və Ağcabədi düşərgələrində əzab içində yaşayan minlərlə qaçqının vəziyyətinə dünya dövlətləri kifayət qədər diqqət göstərirlərmi?

-Bu məsələ bizim üçün ciddi problemdir. Dünya bu gün Azərbaycandakı qaçqın problemi barəsində susur. Bunun müxtəlif izahları var. Amma hər şeyə baxmayaraq, Qərb dünyası buna göz yumur. Heydər Əliyevin səyləri ilə bəzi qruplar gəlir, ancaq timsah göz yaşları töküb gedirlər. Hec bir tədbir yoxdur. Dünya dövlətləri 10 ildir bu problemlə maraqlanmırlar. Digər tərəfdən, yaxın vaxtlarda Ermənistanda da seçkilər keçiriləcək. Ermənistanda oyuncaq bir rejim var. Heç vəchlə bir addım belə geri atmırlar. Azərbaycan Qarabağ ermənilərinə muxtariyyət verməyə razıdır. Qarabağda erməni vətəndaşlar qalmayıb, sadəcə, muzdlular var. Dağlıq Qarabağdan narkotik maddələrin tranziti üçün istifadə edilir. Heç kim əsgərliyə getmək istəmir. Hər il Ermənistan və Qarabağdan 250-300 min insan Qərb ölkələrinə köçür. 3-4 milyonluq Ermənistanda 2 milyon insan qalmışdır. Azərbaycanın ordusu son sözü deməyə hazırdır. Bu arada Türkiyənin Bakıdakı keçmiş səfiri Qədri Ecvet Tezcanın erməni konqresinin üzvləri ilə apardığı danışıqlar Azərbaycan xalqını narahat etmişdir. Amma xalq Ankaranın rəsmi bir addım atacağını gözləmir.

- Mövcud xüsusiyyətləri və mövqeyi nəzərə alınmazsa, Azərbaycan Qafqazın ən təsirli gücü səviyyəsinə gələ bilərmi?

- Ermənistan və Gürcüstanın yanında Azərbaycanın bölgədə təsirli bir dövlət olması son dərəcə təbiidir. Ermənistanın təsirli olması haqqında düşünmək olmaz, bunun üçün ermənilər papaqlarını qabağına qoyub fikirləşməlidirlər. Min ildir dövlətləri yoxdur. Odur ki, Azərbaycan keçmişi güclü bir ölkə kimi bu gün də Qafqazın təminatçısı mövqeyindədir. 1900-cü illərin əvvəllərində Azərbaycan dünya neftinin yarıdan çoxunu hasil edirdi. İslam aləmində 1918-20-ci illərdə Cümhuriyyət yaradan ilk ölkədir. Sənayesi ilə, insan potensialı ilə Qafqazın açarıdır.

İRANDAKILAR, SADƏCƏ, DOSTLARIMIZDIR

- Son günlərdə İran dünya ictimaiyyəti arasında çox müzakirə edilən bir ölkədir. Oradakı azərbaycanlıların gələcəyi də bu müzakirələrin hamısında öz əksini tapır. Azərbaycan dövləti olaraq, İrandakı azərbaycanlılarla hər hansı ünsiyyət varmı?

-Bakının bu məsələdə rəsmi səyləri yoxdur. Biz İranın ərazi bütövlüyünün tərəfdarıyıq. Amma orada yaşayan azərbaycanlılara rəsmi olaraq təmsil hüququnun verilməsini, maddi rifah səviyyələrinin yüksəldilməsini isiəyirik. Öz məktəbləri olsun, öz dillərində təhsil alsınlar. Azərbaycanlıların sıx yaşadıqları Təbrizdə konsulluq aça bilmirik. İran buna razılıq vermirdi. İkitərəfli görüşlər nəticəsində məsələ həll ediləcək səviyyəyə gəlmişdir. Amma son hadisələrdən sonra necə olacaq, onu bilmirik. İrandakı azərbaycanlılar İranın daxili problemidir. Hökumət səviyyəsində oradakı dostlarımızla heç bir əlaqəmiz yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb