Emal sənayesində 14,6 milyard manatlıq məhsul istehsal edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Emal sənayesində 2022-ci ilin yanvar-oktyabr aylarında 14 milyard 612,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8 faiz artım, tütün məmulatlarının istehsalında 2,4 faiz, içki istehsalında isə 4,2 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 45 faiz, qənd və şəkər tozunun istehsalı 9,3 faiz artıb, duru bitki yağlarının istehsalı isə 6,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]