İQTİSADİYYAT
“Emerging Europe” Azərbaycanda iqtisadi islahatlar modeli barədə yazıb
![“Emerging Europe” Azərbaycanda iqtisadi islahatlar modeli barədə yazıb](/files/2019/3/1200x630/15742332706050116883_1200x630.jpg)
Bakı, 20 noyabr, AZƏRTAC
Nüfuzlu “Emerging Europe” portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibovun “Uğurlu islahatlar: Azərbaycan modeli” mövzusunda analitik məqaləsini dərc edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar modelindən bəhs olunub. Son dövrlərdə ölkənin iqtisadi göstəricilərinin davamlı yaxşılaşması, investisiya mühitinin inkişaf etdirilməsi üzrə aparılan kompleks islahatlar, qəbul edilmiş Strateji Yol xəritələri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yaradılması qeyd olunub.
Müəllif Azərbaycanda aparılan bu iqtisadi islahatlar modelinin digər inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilə biləcəyini vurğulayıb. “Emerging Europe” nəşrində məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: https://emerging-europe.com