Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmin Maşakbe: Azərbaycan aydın perspektivli, sürətlə və dinamik inkişaf edən ölkədir

Əmin Maşakbe: Azərbaycan aydın perspektivli, sürətlə və dinamik inkişaf edən ölkədir

Əmman, 16 noyabr (AZƏRTAC). İordaniyanın aparıcı mətbu orqanı olan gündəlik “Əl-Düstur” qəzetinin idarə şurasının sədri Əmin Maşakbe AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: “Bakı Beynəlxalq Humanitar Forumu öz miqyası, yüksək səviyyədə təşkil edilməsi və sakinlərin səmimi qonaqpərvərliyi ilə bizi mütəəssir etdi. Bu forum mənim və çoxlarının iştirak etdiyi ən yaddaqalan və parlaq tədbirlərdən biri oldu”.

Onun sözlərinə görə, III Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox mühüm qərar olmuş və iştirakçıların yüksək səviyyəsi ilə fərqlənmişdir. Forumda Türkiyə, Rumıniya, Bolqarıstan, Litva, Estoniya və digər ölkələrin sabiq prezidentlərinin, nüfuzlu siyasətçilərin, Nobel mükafatları laureatlarının, dünyanın 70 ölkəsini təmsil edən ictimai-siyasi və elm xadimlərinin iştirak etməsi buna sübutdur. Tədbir iştirakçılarının hamısı qlobal ümumbəşəri məsələlərin müzakirə edildiyi Bakı Forumunun böyük əhəmiyyəti, beynəlxalq humanitar əməkdaşlığın, müxtəlif ölkələrdə vətəndaş cəmiyyətlərinin inkişafının, həyatın keyfiyyətinin artırılmasının müxtəlif aspektləri barədə öz fikirlərini söyləmişlər.

O demişdir: “Mənim fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirak etməsi, bu tədbirin məqsədləri, habelə son illərdə ölkədə siyasi, iqtisadi, ictimai inkişaf sahəsində qazanılmış uğurlar haqqında nitqi tədbirə xüsusi status vermişdir. Dövlət başçısının Azərbaycan cəmiyyətində ictimai-siyasi islahatlar, iqtisadi sahədə uğurlar, adambaşına milli gəlirin artması, həyat səviyyəsinin yüksəlməsi barədə nitqi forumun açılış mərasimində iştirak edənlərin hamısına güclü təsir bağışlamışdır.

Azərbaycanın tərəqqisi və inkişafı elə bir faktdır ki, ölkənizə gələn hər kəsin bunu müşahidə etmək və öz gözləri ilə görmək imkanı vardır. İnkişaf etmiş infrastruktur, müasir memarlıq, böyük, geniş və təmiz küçələr, əzəmətli unikal obyektlər tikintisi və bir sıra başqa məqamlar Bakıda gəzməyə çıxan hər kəsin diqqətini cəlb etməyə bilməz. Ölkəniz sürətlə inkişaf edir və heç şübhəsiz, bu tərəqqidə Prezident İlham Əliyev mühüm rol oynayır. O, əhali arasında çox populyardır və yüksək etimad qazanmışdır. Mən Azərbaycanda bir neçə nəfərlə söhbətdən sonra yəqin etdim ki, onlar öz liderlərinə çox böyük sevgi və hörmət bəsləyirlər. Azərbaycana gələn qonaqlar yəqin edirlər ki, son 20 ildə bu dövlət sürətlə və dinamik inkişaf edir. Bu da aşkardır ki, iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi sayəsində Azərbaycan xalqı özünü inamlı və rahat hiss edir. Azərbaycanda ölkənin liderinə, onun siyasətinə, sürətli ictimai-siyasi inkişafda onun mühüm roluna hörmət və ehtiram var. Mənim fikrimcə, Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi ona növbəti dəfə yüksək etimad göstərmiş xalqın iradəsini nümayiş etdirmişdir. Bu həm də ölkəni bütün istiqamətlər üzrə irəliyə, firavanlığa və tərəqqiyə aparan siyasi rəhbərliyin müsbət rolunun etiraf edilməsi deməkdir. İlham Əliyev öz əməli fəaliyyəti ilə milli maraqlara cavab verən məqsədlərin həyata keçirilməsində böyük uğurlar qazanmış, bununla da xalqın dəstəyinə yiyələnmişdir”.

Ə.Maşakbe onu da bildirmişdir ki, bütövlükdə Bakı onun yaddaşında silinməz izlər qoymuşdur. O demişdir: “Bu şəhər bir sıra səbəblər üzündən xoşuma gəldi - sakinlərin xeyirxahlığı və qonaqpərvərliyi, zəngin tarixi irsin, mədəniyyət və memarlıq abidələrinin, Azərbaycanın çoxəsrlik ənənələrinin cəmləşdiyi tarixi paytaxtın gözəlliyi belə səbəblərdir”.

Əmin Maşakbe forumun işinin təşkili məsələsinə də toxunaraq qeyd etmişdir ki, forum çərçivəsində plenar iclaslar və 8 dəyirmi masa keçirilməsi çox əhəmiyyətli olmuşdur. O demişdir: “Forum iştirakçılarının çıxışları və diskussiyalar üçün kifayət qədər vaxt verilmişdi. Buna görə də forumu uğurlu və səmərəli hesab etmək olar, çünki çoxlu maraqlı məruzələr dinlənildi, qlobal humanitar ideyalarla əlaqədar müxtəlif fikirlər səsləndi, iştirakçıların hər biri bu məsələlərə münasibət bildirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev forum iştirakçılarının Azərbaycan reallıqları ilə, bu ölkənin çoxəsrlik tarixi, arxeoloji və mədəni irsi ilə tanış olmalarına imkan yaratmışdı. Buna görə onlara səmimi təşəkkürümü bildirirəm. Ölkə ilə daha yaxından tanış olmaq üçün respublikanın rayonlarına təyyarə ilə səfərlər təşkil edilmişdi. Qəbələyə səfər çərçivəsində biz Azərbaycanın bu mənzərəli tarixi bölgəsinin müasir həyat səviyyəsi ilə tanış olduq. Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ şəhərinin xarabalıqları, arxeoloji, etnoqrafik, numizmatik materiallar, qədim əlyazmalar, müdafiə qurğuları, məişət tikililəri, qədim alban məbədi, qədim İpək Yolu boyunca yerləşən karvansara və bir sıra başqa maraqlı obyektlər diqqətimizi xüsusilə cəlb etdi. Bütün bunlar forumun çox yüksək dərəcədə təşkil olunmasına dəlalət edir. Bir sözlə, şəxsən mənim Azərbaycana ilk səfərim həm tanışlıq mənasında, həm də elmi baxımdan çox faydalı oldu”.

Ə.Maşakbe “Multikulturalizm və özgünlük” mövzusunda dəyirmi masada məruzə ilə çıxış etmişdir. Həmin məruzədə multikulturalizm sahəsinin müxtəlif aspektləri, eyni bir cəmiyyətdə müxtəlif mədəniyyətlərin nümayəndələrinin yanaşı mövcud olması mexanizmlərindən bəhs olunurdu. O vurğulamışdır: “Mən öz məruzəmdə bu sahədə təhsilin və tərbiyənin, siyasi şüurun səviyyəsini artırmağın, vətəndaşlıq və özünüidentifikasiya konsepsiyası üzərində diqqəti cəmləşdirməyin vacibliyi, çoxetnikli və çoxmədəniyyətli cəmiyyətdə zəruri olan bir sıra başqa məsələlərə toxundum. Bu gün monoetnik cəmiyyət yoxdur, ona görə də söhbət multikulturalizmdən, siyasi plüralizmdən və tolerantlıqdan gedir. Başqa insanların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul edilməsi demokratik dəyərlərə, milliyyətindən və dini etiqadından asılı olmayaraq cəmiyyətin bütün üzvlərinə hörmət, qanunlara hörmət məsələlərinə diqqətin artırılması ilə bağlıdır. Bakıda müşahidə etdim ki, vətəndaşlar bir-birinə, başqa xalqların mədəniyyətinə, ölkənin qanunlarına hörmətlə yanaşırlar. Bu da cəmiyyətin tərəqqisi üçün əsasdır. Bu məsələdə Azərbaycanın təcrübəsi əhəmiyyətlidir və hiss olunur ki, Azərbaycan cəmiyyəti tolerantlıq vəziyyətindədir, qanunlara hörmət, bir-birinə və ölkədə yaşayan başqa millətlərə hörmət ruhunda tərbiyə edilmişdir”.

Əmin Maşakbe Azərbaycan və İordaniya münasibətləri məsələlərinə də toxunaraq qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlər dostluq xarakteri daşıyır. Onun sözlərinə görə, bu dostluq və tərəfdaşlıq münasibətlərinin əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulmuşdur və bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İordaniya kralı Zati-aliləri İkinci Abdulla ilə Prezident İlham Əliyev arasında dostluq münasibətləri yaranmış, bir neçə qarşılıqlı səfər olmuşdur. Buna görə də ölkələrimiz arasında münasibətlər və əməkdaşlıq xüsusi xarakter daşıyır. Biz ümid edirik ki, ikitərəfli münasibətlər bundan sonra da möhkəmlənəcək, bütün sahələrdə - iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq durmadan inkişaf edəcəkdir. İki ölkə arasında mədəniyyət və təhsil sahəsində mübadilənin artırılması, o cümlədən tələbələrin İordaniya və Azərbaycan ali məktəblərində təhsilə cəlb edilməsi üçün böyük potensial vardır. Ümid edirik ki, bu sahədə əməkdaşlıq iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfə verəcəkdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib