Əqli Mülkiyyət Agentliyində Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
Bakı, 24 iyun, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Aparat rəhbəri Xudayət Həsənli dövlət qulluğunun cəmiyyətin inkişafında, dövlət idarəçiliyinin səmərəli təşkilində və həyata keçirilməsində əhəmiyyətli rol oynadığını bildirib. Əqli Mülkiyyət Agentliyi yeganə publik hüquqi şəxsdir ki, onun aparatının əməkdaşları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərdiyinə görə “Publik hüquqi şəxslər haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən dövlət qulluqçularına bərabər tutulurlar.
Aparat rəhbəri X.Həsənli hazırda ölkədə fəaliyyət göstərən 27,3 min dövlət qulluqçuları sırasında Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının da yer aldığını xüsusi vurğulayıb. O, dövlət qulluqçusu statusu daşımağın şərəfli, eyni zamanda, məsuliyyətli olduğunu diqqətə çatdıraraq İdarə Heyətinin sədri Kamran İmanovun adından bir daha Agentliyin aparatında çalışan əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]