Əqli mülkiyyət məsələlərinin qiymətləndirilməsində KOB-lara dəstək tədbirləri müzakirə edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Cenevrəyə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun köməkçisi Marko Aleman ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə innovativ fəaliyyətləri təşviq etmək üçün əqli mülkiyyət məsələlərinin qiymətləndirilməsində KOB-lara dəstək tədbirləri müzakirə edilib.