Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni faşizminin qanlı əməlləri – Bağanis Ayrım, İmarət-Qərvənd, Tuğ, Meşəli və Qaradağlı qətliamları

Erməni faşizminin qanlı əməlləri – Bağanis Ayrım, İmarət-Qərvənd, Tuğ, Meşəli və Qaradağlı qətliamları

Bakı, 17 fevral, AZƏRTAC

Qafqaz regionunun dinc həyatı XIX əsrin əvvəllərində çar Rusiyasının işğalçı müharibələri və müstəmləkə siyasətinin tərkib hissəsi olaraq, ermənilərin köçürülməsi ilə pozuldu. Bu hadisələr Qafqazın yeni tarixində faciəli dövrün başlanğıcı oldu. XIX əsrin sonlarında “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” kimi terrorçu siyasi təşkilatlar yaradan ermənilər türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. XX əsr Anadoluda və Azərbaycanda dinc müsəlman əhalisinə qarşı qanlı əməllər törədən erməni faşizminin tüğyan etdiyi dövr oldu. XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin Şərqi Anadoluda və Azərbaycanda törətdiyi soyqırımları nəticəsində bir milyondan artıq insan öz doğma el-obasını tərk edərək qaçqın vəziyyətinə düşdü, minlərlə insan qətlə yetirildi, yaşayış məntəqələri, tarixi-mədəni abidələr viran edildi, yer-yurd adları qondarma erməni adları ilə əvəz edildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O qeyd edib ki, 1948-1953-cü illərdə keçmiş SSRİ rəhbərliyinin fəal dəstəyi sayəsində və qəbul etdiyi antihumanist qərarları əsasında ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisindən iki yüz min nəfərə yaxın, 1988-1991-ci illərdə isə iki yüz əlli min nəfərdən artıq azərbaycanlı öz əzəli yurd yerindən qovuldu. Hazırda Ermənistan adlandırılan, əslində isə Azərbaycan türklərinin əzəli yurd yeri olan Qərbi Azərbaycan ərazisində azərbaycanlılara aid 702 yaşayış məntəqəsinin adı qondarma erməni adları ilə əvəz edildi: “Keçən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə ermənilərin ərazi iddialarının qarşısı alındı. Lakin 80-ci illərin sonlarında SSRİ rəhbərliyinin Heydər Əliyevə qarşı təzyiqləri nəticəsində onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan xalqının tarixində faciəli dövr başlandı. 1988-ci ildə Birinci Qarabağ müharibəsi başlayanda SSRİ rəhbərliyindən fəal dəstək alan ermənilər həm Azərbaycan xalqına qarşı ərazi iddiaları ilə çıxış etməyə, həm də dinc əhaliyə qarşı deportasiya və soyqırımları həyata keçirməyə başladılar. Erməni faşizminin ən qəddar əməli 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı oldu. Lakin Xocalı soyqırımınadək ermənilər Qazax rayonunun Bağanis Ayrım kəndində, Qarabağın İmarət-Qərvənd, Tuğ, Salakətin, Axullu Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin dinc əhalisi olan azərbaycanlılara qarşı qətliamlar törətdilər. Qeyd edək ki, bu kəndlərin hamısının əhalisi Azərbaycan türkləri idi.

1990-cı il martın 24-də erməni silahlılarının rus hərbçilərinə məxsus hərbi texnika ilə birlikdə Qazax rayonunun Bağanis Ayrım kəndinə hücumu nəticəsində yeddi nəfər qətlə yetirildi, bir ailənin 5 üzvü öldürüldükdən sonra üstlərinə benzin tökülərək yandırıldı. Bu hadisə, erməni faşizminin əsl simasını göstərirdi. Birinci Qarabağ müharibəsi dövründə erməni faşizminin növbəti hədəflərindən biri də Ağdərə rayonunun İmarət-Qərvənd kəndi oldu. Murovdağ silsiləsinin ətəyində Ağdaban çayının sahilində yerləşən İmarət-Qərvənd kəndində işğaldan öncə 210-a qədər ev vardı. Kəndin ümumi əhalisinin sayı isə 1600 nəfərə yaxın idi. 1991-ci il sentyabrın 17-də qəfil hücuma keçən düşmən kəndi hər tərəfdən mühasirəyə aldı, dinc sakinlərə məxsus evlər yandırılmağa başlandı. Düşmənin müasir silah və texnikasına qarşı ov tüfəngi ilə mübarizə aparan kənd sakinləri Azərbaycanın ozamankı rəhbərliyindən kömək istəsə də, heç bir yardım göstərilmədiyindən vəziyyət gərginləşdi”.

Ramin Əlizadə bildirib ki, həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğundan mərkəzi hakimiyyətdə təmsil olunan şəxslərin antimilli mövqeyi açıq-aşkar düşmənin dəyirmanına su tökmək demək idi: “1991-ci il sentyabrın 18-də düşmən kəndin ərazisini “Alazan” raketləri ilə bombardman etməyə başladı. Kənd od tutub yanırdı. Elə ilk günlərdə kəndin dinc sakinlərindən 15 nəfər şəhid oldu. Məhz İmarət-Qərvənd qətliamından sonra türk qanına susamış erməni faşizmi Qaradağlı, Xocalı, Ağdaban və Ballıqaya kimi soyqırımları silsiləsi törətdi. Tuğ kəndində isə erməni faşizmi hələ Birinci Qarabağ müharibəsinin əvvəlində öz qanlı əməlləri ilə fəaliyyətə başlamışdı. O zaman Tuğ kəndinin 9-cu sinif şagirdi erməni əsilli idman müəllimi tərəfindən qətlə yetirilmiş, 1991-ci il oktyabrın 31-də kəndin işğalı zamanı isə 5 nəfər dinc sakin erməni terrorunun qurbanı olub. Meşəli və Qaradağlı kəndlərində baş verən qətliamlar isə daha dəhşətli idi. Ümumiyyətlə, 1991-ci ilin oktyabr və noyabr ayları ərzində Qarabağda 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı və Kərkicahan kimi kəndlər Ermənistan silahlı qüvvələri, həmçinin onlara kömək edən rus hərbçiləri tərəfindən yandırıldı və əhalisi qətlə yetirildi. Həmin il dekabrın 23-də erməni silahlıları səhər tezdən Meşəli kəndini mühasirəyə alaraq soyqırımına başladılar. Meşəli kəndində ermənilərin törətdiyi qətliam nəticəsində nəinki gənclər, hətta yaşlılar, qadınlar və uşaqlar da məhv edildi. Kəndin 12 nəfər dinc sakini qətlə yetirildi, 15 nəfər isə ağır yaralandı.

1992-ci il fevralın 14-də sübh çağı Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinə məxsus olan 366-cı motoatıcı alayın hərbi qüvvəsi və texnikası ilə birlikdə Xocavəndin Qaradağlı kəndinə hücuma keçdi. Kənd düşmən tərəfindən mühasirəyə alınır. Fevralın 17-də kəndin yerli sakinləri 11 saat düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparsa da, həm hərbi qüvvələrin azlığı, həm də silah-sursat çatışmazlığı ucbatından kənd təslim olur, düşmən isə bu qədim türk yurdunu işğal edərək yandırır. Qaradağlı kəndinin 101 nəfər dinc sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Fevral ayının sonunda isə erməni faşizminin ən qanlı cinayət aktı olan “Xocalı soyqırımı” baş verdi. Erməni faşizminin Xocalıya yolu Qaradağlıdan başlandı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır