Erməni məsələsi üzrə elmi tədqiqat aparan alim mükafatlandırılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş medal və sertifikatın təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, 2020-ci ildə “Professor Rövşən Mustafayev” adına medal və sertifikat Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll etmək baxımından müqayisəli, çoxtərəfli təhlil apararaq problemin həlli üçün beynəlxalq hüquq nöqteyi-nəzərindən konkret təkliflər irəli sürmüş hüquq elmləri doktoru Kamal Makili-Əliyevə təqdim olunub. Kamal Makili-Əliyev, həmçinin Hüquq və İnsan Haqları İnstitutunun Fəxri professoru adına layiq görülüb.
Xatırladaq ki, "Professor Rövşən Mustafayev” adına medal və sertifikat ildə bir dəfə olmaqla erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında fəal, səmərəli fəaliyyəti ilə seçilən alimlərə və tədqiqatçılara verilir.