Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni separatizminin xəstə təxəyyülü: faşistlərin kölə nəvələri

Erməni separatizminin xəstə təxəyyülü: faşistlərin kölə nəvələri

Aprel döyüşlərində Ermənistan ordusunun aldığı ağır zərbə rəsmi İrəvanın psixoloji vəziyyətini elə pozub ki, hələ də reallıq hissindən uzaqdadır. Azərbaycanın bütün istiqamətlərdə dövlət olaraq əldə etdiyi nailiyyətlər bu prosesi daha da dərinləşdirməkdədir. Ölkə başçısı İlham Əliyevin Ağdam və Tərtər rayonlarına səfəri zamanı bu il aprelin əvvəllərində ermənilərin atəşləri nəticəsində qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrində dağıdılmış evlərin bərpası və yenilərinin tikintisi ilə əlaqədar ifadə etdiyi fikirlər erməniləri təlaşa salıb. Onlar Azərbaycanın cəbhə bölgəsində sürətlə quruculuq işlərini aparmasına quldur psixologiyası ilə reaksiya verib, müxtəlif böhtanlar atıb, özlərindən uydurma şeylər danışıblar. Bunlar Ermənistan rəhbərlərinin hələ də xəyal dünyasında qaldığını, regionda geosiyasi aspektdə müsbət heç bir iş görə bilmədiklərini göstərir.

 

Ədalət və həqiqətdən uzaq: erməni siyasi şüurunun bəzi problemləri

David Babayan adlı bir Azərbaycan vətəndaşı var. İndi o, özünü "DQR" adlanan qondarma qurumun "rəsmi şəxsi" kimi təqdim edir. Şübhəsiz ki, elə bu saxtakarlığına görə, bu tip başqa separatçılarla bir yerdə Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Onun cinayətlərinə son zamanlar torpağında böyüyüb, suyunu içdiyi, cibində pasportunu daşıdığı Azərbaycan dövlətinin Prezidentinə qarşı söylədiyi şər-böhtan da əlavə ediləcək. Bunlara kimsənin şübhəsi olmasın.

Lakin bizi D.Babayan kimi sosial-siyasi və humanitar əhəmiyyəti olmayan cılız canlılar deyil, ümumiyyətlə, Ermənistan adlandırılan bir ölkənin apardığı siyasətin bir sıra məqamları maraqlandırır. Aprel döyüşlərində aldığı güclü zərbədən sonra rəsmi İrəvanın başı xeyli gicəllənib. O hələ də şokdan ayıla bilməyib. Rəsmi dairələr elə ziddiyyətli, məntiqsiz və sərsəm fikirlər söyləyirlər ki, sağlam düşüncə qətiyyən qəbul etmir. Həm də ona görə ki, həmin fikirlərdə erməni siyasi şüurunun primitivliyi və vəhşiliyi bütün çılpaqlığı ilə özünü göstərir. Özü də, bütün mədəni oxuculardan üzr istəyərək bunu yazmağa məcburuq - onlar mövqelərini çox həyasız bir şəkildə bildirirlər. Özlərini işğal etdikləri Azərbaycan torpaqlarının qanuni sahibi sayaraq, təcavüz aktını ört-basdır etməklə sərhədsiz yalanlar söyləyirlər.

Azərbaycan rəhbərliyinin atdığı hər bir tutarlı addım, ifadə etdiyi tarixi həqiqətlər və ədalətli siyasi bəyanatlar İrəvanda psixi apatiya yaradır. Orada siyasi dairələr kollektiv surətdə psixiatriya xəstəxanasının pasiyentləri vəziyyətinə düşürlər. Ermənistanın böhtançı dairələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki tör-töküntüləri də bu dalğa üzərində nəsə donquldanır, adam kimi danışmağa cəhd göstərir. Ancaq o da alınmır-nəticədə, xəstə adamın sayıqlamaları yaranır! Bu da ermənilərin öz problemləridir.

Bu dəfə erməniləri Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri zamanı ictimaiyyət qarşısındakı çıxışı çox həyəcanlandırıb, onların açıqca böyük qorxu keçirdiyi hiss olunub. Ermənilərin dili topuq çalıb. Azərbaycan rəhbərinin konkret tarixi faktlarla ifadə etdiyi fikirlərə ancaq qərəz, qəzəb və böhtanla cavab verə biliblər. O cümlədən heç bir siyasi statusu olmayan D.Babayan adlı birisi həyəcanından özünü itirib və nə danışdığının fərqinə Azərbaycan məhkəməsində ona veriləcək suallardan varacaq.

İlham Əliyev aprel hadisələri zamanı erməni quldur silahlı dəstələrinin Azərbaycanın mülki əhalisini atəşə tutduğunu və çoxlu sayda evlərin dağıldığını xatırladaraq, bu ziyanı dövlətin qısa zamanda aradan qaldırdığını bəyan edib. Cəmi 6-7 aya yüzlərlə ev təmir edilib, tikilib və vətəndaşlara verilib. Bu, Azərbaycan dövlətinin gücünün göstəricisidir (bax: Düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanışlıq / AZƏRTAC, 3 dekabr 2016).

Azərbaycanın dövlət başçısı çox məntiqi və əsaslı olaraq bu hadisəni dövlətin qüdrətinin göstəricisi kimi xarakterizə edib. Təsəvvür edin, aprel ayında düşmənin hərbi təxribatına Azərbaycan güclü cavab verib, işğal altındakı ərazinin bir qismini qısa zamanda azad edib. Eyni zamanda, cəmi bir neçə aya düşmənin gözlə görə biləcəyi bir ərazidə bərpa işləri apararaq həm qorxmadığını, qələbəyə əmin olduğunu, həm bütün işləri öz torpağında gördüyünü, həm də dövlətin öz vətəndaşına nə dərəcədə qiymət verdiyini nümayiş etdirib. Bunları sadə ermənilər də görür və öz mənfur hakimiyyətləri ilə müqayisə edirlər. Onlar anlayırlar ki, əsl humanist, qayğıkeş, zəngin və demokratik dövlətlə bir sıra dairələr süni düşmənçilik yaradıblar.

Terrorçulara qoyulan heykəllər: qətliamlar üzərində yaradılan qondarma dövlət

Bunu erməni rəhbərliyi də dərk edir və arqumenti olmadığından, məntiqsiz reaksiya verir. Konkret olaraq, Azərbaycan tərəfinə böhtan atır. Şübhə etmirik ki, Azərbaycan Prezidentinin Ağdamdakı çıxışına ermənilərin xəstə təfəkkürü ilə reaksiya verməsinin əsl səbəbi dövlətimizin güclü olması ilə bağlıdır. İşğalçılar görürlər ki, artıq qarşılarında çox qüdrətli ordusu, güclü iqtisadiyyatı, çevik siyasətli rəhbərliyi olan Azərbaycan dövləti dayanıb.

Bu səbəbdəndir ki, bir sıra erməni siyasiləri və üzdəniraq separatçı rejimin tör-töküntüləri qəzəblərindən özlərini tamamilə itiriblər. Baxın, Azərbaycan Prezidenti deyir ki, İrəvan, Zəngəzur, Göycə, Qarabağ Azərbaycan torpaqlarıdır. Əgər bu faktı təkzib edə biləcək bircə dənə də olsun tarixi faktı ortaya qoya bilirlərsə, söz yoxdur. Lakin belə bir fakt yoxdur, ola da bilməz. Regionun tarixini yaxşı bilən insanlar sadalanan ərazilərin Azərbaycana aid olduğunu dəqiq bilirlər. Həmin ərazilərə ermənilərin çar Rusiyası dönəmində haradan, necə və hansı məqsədlərlə köçürüldüyünü də az-çox oxumağı bacaran adamlar bilirlər. Söhbət heç də Azərbaycanda, yaxud Türkiyədə olan arxiv materiallarından getmir. Rusiya arxivlərinin çoxlu sayda sənədləri hər şeyi gün kimi aydınca ortaya qoyur. Bəs onda D.Babayan kimi vəhşi tiplər, ibtidai icma dövrü adamları hansı üzlə həqiqəti inkar edə bilər? Yəni onlar bu dərəcədə axmaq və sadəlövhdürlər ki, Azərbaycanla bağlı dedikləri hər bir böhtana dünyanın sivil və mədəni kəsiminin ancaq istehza ilə güldüyünü görmürlər? Görünür, ya doğrudan da adi həqiqətləri bilmirlər, ya da gördüklərindən çox qorxurlar!

Buyurun, bir faktı da deyə bilərik. Ermənistanda Njde ləqəbli bədnam general Qaregin Ter-Arutyunyanın (1886-1955) heykəlini ucaldıblar. Bu həmin Njdedir ki, İkinci dünya müharibəsi zamanı faşistlərlə əlbir olub. Onun alman qaniçənlərlə əlaqəsi 1934-cü ildən başlayır. Təşəbbüskar da Njdenin özü olub. Erməni faşist əlaltısı və nasisti Hitlerə müraciət edərək əməkdaşlıq təklifini verib. Onun yanında başqa bir erməni, "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayan (1883-1956) da olub. Bu iki faşist, terrorçu Almaniyanın işğal etdikləri ərazilərdə cəllad funksiyasını yerinə yetiriblər. Onlar on minlərlə əsir götürülmüş insanlara işgəncə veriblər, qətllər törədiblər. Njde 1944-cü ildə sovet əsgərlərinin əlinə keçir və o, qatil ömrünün qalan hissəsini Vladimir şəhərindəki həbsxanada keçirərək, 1957-ci ildə gəbərir.

Faşizmə qulluq etmiş bir insana hansı ölkədə heykəl qoyarlar? Mahiyyəti faşist olan dövlətdə! Ermənistana bununla bağlı Moskvadan etiraz da bildirilib, erməniləri başa düşmədiklərini deyiblər. Ancaq biz erməniləri də, rusları da yaxşı başa düşürük. Təcavüzkara və satqına yardım edənlər həmişə növbəti zərbəni elə satqının özündən alırlar. Minlərlə rus əsgərini qətlə yetirən Dro və Njdeyə Ermənistanda heykəl qoyur, onların vəhşiliklərini, cəlladlıqlarını qəhrəmanlıq kimi təqdim edirlər. Bununla da ermənilər Rusiyanın özünə qarşı hərəkət edir, özlərinə yeni ağa tapmaq arzusuna düşürlər.

Erməni faşizminin cinayət əməlləri bunlarla bitmir. Xocalıda, Şuşada, Ağdamda, Sumqayıtda və başqa yerlərdə onların törətdikləri vəhşiliklərin dünyada bənzəri yoxdur. Başqa güclərin əmrlərini köləcəsinə yerinə yetirib, onların qurduqları oyunlarda oyuncaq olan erməni terrorçuları və faşistləri Babayan, Sarkisyan, Saakyan, Koçaryan və başqalarının timsalında əməllərini davam etdirirlər. Bu adamların işlərindən ermənilərin özləri də ziyan görməkdədirlər. Ən azından erməni dövlətçiliyinin özünütəsdiq prosesi getmir - bu günə qədər Ermənistanın suverenliyi başqalarının iradəsi altında inildəməkdədir.

Əslində, bizim üçün səviyyəsiz, gerizəkalı adamların mövqeyi maraqlı deyil. Azərbaycan müstəqil dövlət kimi öz siyasətini bütün şərtlərdə yeridir və buna davam edəcək. Düşündürücü odur ki, erməni terroru və faşizminə Qərb dövlətləri olduqca laqeyd yanaşır, ermənilərin əsassız, qərəzli və böhtançı mövqelərini tənqid etmirlər.

BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər, lakin onların heç biri yerinə yetirilməyib. Həmin sənədlərdə Dağlıq Qarabağı və onun ətrafındakı rayonları Ermənistanın işğal etdiyi açıqca göstərilib. Erməni məntiqinə görə, BMT, ATƏT kimi təşkilatlar da "faşist" təşkilatlarıdır! Bu kimi absurd iddialara, yalanlara dünya siyasətçiləri nə vaxta qədər reaksiya verməyəcəklər? Onların əsassız təəssübkeşliyi bumeranq kimi özlərinə qayıdacaq. O gün uzaqda deyil!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO