Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməniləşən dünyanın Avropa üzü - AŞPA

Erməniləşən dünyanın Avropa üzü - AŞPA

Bakı, 27 yanvar, AZƏRTAC

Bu gün dünyada 200-ə yaxın ölkə olsa da, onların arasında öz xarici siyasət kursunu müstəqil olaraq müəyyənləşdirən, dövlət maraqlarını öz milli maraqlarına uyğun aparan ölkələr demək olar ki, barmaq sayılacaq qədər azdır. Avropanın və Asiyanın kəsişmə nöqtəsində yer alan, Cənubi Qafqazda, əsasən bu bölgənin strateji ölkəsi olan Azərbaycanda tarixin bütün mərhələlərində hər bir güclü tərəf zamanla öz iradəsini yeritməyə çalışıb. Baş verən tarixi hadisələrin xronikası da, yaşadığımız dövr də bunu aydın göstərir.

Bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı AZƏRTAC-a açıqlamasında bildirib.

O, Azərbaycana qarşı bəzi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən edilən təzyiqlər barədə fikirlərini belə davam etdirib: “2020-ci ildə hərbi xidmət və səfərbərlik şöbələrinin qarşısına toplanan yüzlərlə Azərbaycan oğulları Ordumuza qatılaraq torpaqlarımızı işğaldan azad edəndə də ölkəmizə qarşı təhdidlər və təzyiqlər var idi. Bu, belə də olmalı idi. Çünki bir xalq öz liderinə inanıb, onun ətrafında bir yumruq kimi birləşirsə orada qalibiyyət qaçılmazdır. 2020-ci ildəki Zəfərimizlə biz dostlarımızı və düşmənlərimizi bir daha tanıdıq.

Ötən il Ordumuz 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda qalan separatçı tör-töküntülərini tarixin arxivinə silib atandan sonra bu gün dünyada nə siyasət apardığı məlum olmayan və daha çox qeyri-etik və əxlaqdan kənar hadisələrlə xatırlanan Fransa da daxil olmaqla bir çox Avropa ölkələri ölkəmizə qarşı daha da aqressivləşdi. Çünki biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişdik, həm də onların Azərbaycan torpaqlarına uzanan qanlı əllərini kəsmişdik. 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğalında bu ölkələrin nə qədər rolu var, bunu hamı bilir. Bu ölkələr silahdan tutmuş muzdlu döyüşçüyə qədər ermənilərə hər cür dəstək vermişdi.

Ona görə də Avropada yerləşən bəzi ölkələrdən və oradakı digər beynəlxalq təşkilatlardan Avropa Şurasının da mahiyyəti fərqli deyil. Yəqin ki, 2000-ci illərdə mənimlə eyni dövrdə mediada çalışan jurnalist həmkarlarım bunu xatırlayar.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyası Terri Devis adlı bir deputatını Qarabağ üzrə məruzəçi təyin etmişdi. Terri Devis Ermənistana səfər edəndən sonra Bakıya gəlmişdi. Bu səfər Xocalı faciəsinin ildönümü ərəfəsində idi. Terri Devis Qarabağın Azərbaycan icması ilə görüşəndə icmanın ozamankı rəhbəri Nizami Bəhmənov ona Xocalı qırğını ilə bağlı kadrları izlətdi və işğalda olan ərazilərimizdə ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edən kasetlər verdi. Bundan sonra Terri Devisin Şuşada erməni qaçqınlarla görüşdüyünü söyləməsi orada elə bir gərginlik yaratdı ki, görüş elə açıq suallarla da bitdi. Terri Devisin keçirdiyi mətbuat konfransında həmkarlarım bir daha ermənilərin insanlığa sığmayan Xocalı faciəsinin ildönümü olduğunu və səfəri çərçivəsində niyə xocalılılarla görüşmədiyini soruşanda Terri Devis nədənsə “təyyarəyə gecikirdi”. Biz bu cür yayınmaları o vaxt guya problemin həllinə sülh axtaran və üç aydan bir regiona tur səfərinə gələn keçmiş Minsk qrupu həmsədrlərindən də, başqa beynəlxalq təşkilatların nümayəndələrindən də çox görmüşdük. Nədənsə söhbət Azərbaycanın ərazi bütövlüyünə, bizim qaçqın və məcburi köçkünlərin məsələsinə çatanda missiya ilə gələnlər “təyyarəyə gecikirdilər”.

Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan xalqı bu “gecikmələrə”, “sülh axtarışlarına” 30 il dözdü və vaxt uzatmağın cavabını öz Zəfəri ilə möhürlədi: “Təbii ki bu, xalqın birliyi, qətiyyəti, iradəsi, müdrikliyi və öz Ordusunu düzgün istiqamətləndirməsi, əsgər və zabitinin hər qarış torpağımız üçün canından keçməsi, rəşadəti, hərbi xidmət və səfərbərlik şöbələrinin qarşısında toplanan minlərlə Azərbaycan gəncinin torpağını azad etməyə musiqi sədaları altında yüksək əhvalla, sevinclə getməsi sayəsində mümkün olub. Azərbaycan Ordusunun əsgər və zabitləri XXI əsrdə özünü hərb sahəsində birinci adlandıran ordulara öz döyüş salnaməsi ilə elə bir dərs verdi ki, hələ də çox ölkələrdə Şuşa kimi sıldırımlı qayalarda yerləşən bir şəhərin heç bir ağır texnika olmadan necə azad edildiyi uğrunda baş sındırırlar. Amma məncə hələ bunu çox illər düşünməli olacaqlar. Çünki bizim xalqda olan xüsusiyyətlər onlarda yoxdur. Bizdə olan insani dəyərlər, milli xüsusiyyətlər ancaq özümüzə məxsusdur. Təbii ki, bunu düşmənlərimiz qısqanırlar. Bu uğurlara aqressiya ilə cavab verirlər. Bütün beynəlxalq hüququn normalarını aşan, özünü mədəniyyətin “beşiyi” sayan və reallıqda bütün mədəni dəyərləri mənəviyyatsızcasına aşan Fransa kimi ölkə bu gün Azərbaycana olan aqressiyasını bu ölkədə vaxtilə qoyulmuş azərbaycanlı şair Xurşidbanu Natəvanın abidəsindən çıxmaqla edirsə, bu, artıq həmin ölkənin siyasi mədəniyyətinin hansı səviyyədə olduğunun göstəricisi deyilmi?

İl olub 2024-cü il. Dünyada çox şeylər dəyişib. Elə bizdə də. Avropa Şurasındakılar isə hələ də Azərbaycana münasibətdə 2004-cü ildəki düşüncələrində qalıblar. Siyasi cılızlıq o həddə çatıb ki, AŞPA kimi bir qurum kiminsə diktəsi ilə Azərbaycan nümayəndə heyətinin səsini dondurur, ölkəmizə qarşı ciddi bir əsas göstərmədən sərt qərarlar qəbul edir. Etsin. Əgər Avropa Şurasındakılar, eləcə də digər təşkilatlardakılar - beynəlxalq hüquqdan kənar qərarlar qəbul edən təşkilatların rəhbərləri düşünürlər ki, bu cür qərarlarla Azərbaycana təzyiq edib separatçıların azad edilməsinə nail olacaqlar, çox böyük səhvə yol verirlər”.

Şöbə müdirinin sözlərinə görə, bu gün hansı təşkilat Azərbaycanla münasibətlərdə süni şəkildə problemlər yaradırsa, bu, bizə deyil, onların özlərinə ziyandır. Bizim bu cür təşkilatların varlığı və yoxluğundan heç bir itirəcəyimiz yoxdur. Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycandan isə hamının yolları, hamının maraqları keçir. Azərbaycanın iştirakı olmadan bu regionda heç kim heç bir layihədə uğur qazana bilməz. Amma bunu biz yox, onlar düşünməlidirlər. Çünki öz dəyərlərinə, siyasi norma və əxlaq prinsiplərinə zidd qərarlar qəbul edən və hansısa dövlətlərin diktəsi altında oyuncağa çevrilən istənilən təşkilatın taleyi özünü tarixin arxivinə gömməkdir. AŞPA-nın Azərbaycana qarşı bütün dəyərləri aşaraq ədalətsiz və əsassız qərarlar qəbul etməsi bu təşkilatın gələcəyini şübhə altında qoyur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib