“ERMƏNİSAYAĞI HƏQİQƏTLƏR VƏ YA QONDARMA ERMƏNİ SOYQIRIMI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS
Əvvəlcə, Azərbaycanın dövlət himni səsləndirilmiş, “Qondarma erməni soyqırımı” adlı film göstərilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov, Avstriya Elmlər Akademiyasının şərqşünas alimi, professor Erik Fayql, Bakı Dövlət Universitetinin tarixşünaslıq və mənbəşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Qafqaz Universitetinin beynəlxalq hüquq fakültəsinin baş müəllimi Reha Yılmaz, “İrəli” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi, Azərbaycan Gənclər Parlamentinin sədri Ceyhun Osmanlı çıxış edərək, 1914-20-ci illərdə Ərzurum, Qars, Ərdəhan və Həsənqala şəhərlərində ermənilərin bir milyon 600 minə yaxın türkə qarşı törətdikləri soyqırımı əməliyyatlarını əks etdirən tarixi faktlardan danışmışlar.
Bildirmişlər ki, erməni qəsbkarları hazırda guya türklərin o zaman 2,5 milyon ermənini öldürdüyü fikrini beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər. Əslində isə, həmin dövrdə ermənilərin sayı 1,5 milyondan çox olmamışdır. Onlar belə yalan və uydurmalarla Türkiyənin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə çalışılar.
Natiqlər dünya ictimaiyyətini, beynəlxalq qurumları uydurma “erməni soyqırımı” barədə yalanlara uymamağa, digər ölkələrdə tarixi həqiqətlərə obyektiv münasibət bildirməyə və türklərin nüfuzuna qərəzli şəkildə xələl gətirməyə yönəldilmiş iddialara yenidən baxılmasına çağırmışlar.