CƏMİYYƏT
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpası tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyunca minaladığı ərazilər DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənir.
Son günlər Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında tank əleyhinə 80 mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.