Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub
Tbilisi, 7 fevral, AZƏRTAC
Ermənistan 2025-ci il ərzində sülh gündəliyinə davam edərək, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, möhkəmləndirilməsi və təsisatlaşdırılması istiqamətində fəal şəkildə çalışıb.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu fikirlər Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Xarici İşlər Nazirliyində qurumun 2025-ci ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı səslənib.
İclasda sülh prosesində qeydə alınan ən vacib inkişaf məqamları, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması və paraflanması, ümumilikdə Vaşinqton razılaşmaları, etimadın gücləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının intensiv prosesi, inkişaflar və gözləntilər müzakirə edilib.
Müzakirə zamanı regional inkişaf və digər iki qonşu - Gürcüstan və İranla strateji tərəfdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. İkitərəfli gündəlikdəki əsas məsələlər və regional məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Ermənistan Respublikası Rusiya Federasiyası ilə qarşılıqlı hörmət və suverenliyə hörmət əsasında dostluq münasibətlərini inkişaf etdirməyə çalışır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.02.2026 [20:59]
Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir
- 07.02.2026 [18:57]
Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib
- 07.02.2026 [16:17]
Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub
- 07.02.2026 [15:24]
Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq
- 07.02.2026 [15:09]
İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb
Sabahın hava proqnozu açıqlanıb
- [12:44]
Salyan sakini itkin düşüb
- [11:13]
Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər
- 06.02.2026 [22:54]
Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib
- 06.02.2026 [21:53]
Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib
- 06.02.2026 [21:33]
QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib
- 06.02.2026 [21:03]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 06.02.2026 [20:52]
Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
- 06.02.2026 [20:43]
Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət
- 06.02.2026 [20:25]
Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib
- 06.02.2026 [20:15]
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir
- 06.02.2026 [19:29]
Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb
- 06.02.2026 [19:27]
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib
- 06.02.2026 [19:13]
Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts
- 06.02.2026 [19:08]
Azərbaycan çempionatı: Sərbəst güləşdə 5 çəki üzrə finalçılar müəyyənləşib
- 06.02.2026 [19:06]
Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir – Naxçıvanda tədbir
- 06.02.2026 [18:57]