Azərbaycandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə edilib
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə olunub.
Görüş zamanı Avropa İttifaqına ixrac icazəsi verilən ölkələrin və müəssisələrin siyahısına keçid prosesi, eləcə də Türkiyənin tətbiq etdiyi təsdiq prosedurları barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:33]
Bu ilin 5 ayında sığortaolunanların sayı 56 min nəfərdən çox artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]