Qırğızıstan və Dünya Bankı havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə layihənin icrasını müzakirə edib
Bakı, 6 fevral, AZƏRTAC
Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyində Avropa və Mərkəzi Asiyada dayanıqlı inkişaf üzrə Dünya Bankının regional direktoru Sameh Nagi̇b Vahbanın iştirakı ilə görüş keçirilib.
AZƏRTAC “Kabar”a istinadla xəbər verir ki, görüşdə Qırğızıstan ilə Dünya Bankı arasında strateji əməkdaşlıq məsələləri, eləcə də dayanıqlı inkişafın əsas istiqamətləri üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, iqlimin davamlılığın artırılmasına, həmçinin Dünya Bankının maliyyələşdirdiyi “Qırğızıstanda havanın keyfiyyətinin yaxşılaşdırılması” layihəsinin icrasına xüsusi diqqət yetirilib. Dağ gündəminin təşviqi üzrə əməkdaşlığın gücləndirilməsi imkanları da ayrıca nəzərdən keçirilib.
Nazir Meder Maşiyev iqlim dəyişikliyinə uyğunlaşma, ekoloji risklərin azaldılması və müasir ekoloji həllərin tətbiqinə yönəlmiş prioritet milli proqramların həyata keçirilməsində Dünya Bankının dəstəyinin vacibliyini vurğulayıb.
Bildirilib ki, nazirlik ölkənin aşağı karbonlu və dayanıqlı inkişafına keçid üçün hüquqi və iqtisadi mexanizmlər yaradacaq iqlim fəaliyyəti haqqında qanunun hazırlanması və qəbul edilməsi istiqamətində fəal iş aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [19:13]
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib
- 06.02.2026 [19:07]
Gürcüstanın valyuta ehtiyatları 6,3 milyard dollara çatıb
- 06.02.2026 [17:40]
Rumıniya–Bolqarıstan–Yunanıstan xətti regional iqtisadi balansı dəyişir
- 06.02.2026 [17:18]
Fransa ordunu gücləndirir
- 06.02.2026 [17:10]
Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]