Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts

Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts

Bakı, 6 fevral, AZƏRTAC

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsi veteranı Qivami Rəhimli müstəqilliyimizin ilk illərində ölkəmizin çətin durumu, üzləşdiyi böyük maneələr, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran fədakar jurnalist Tomas Qolts barədə xatirələrini AZƏRTAC-la bölüşüb.

Amerikalı Tomas Qolts münaqişə zonalarından birbaşa reportajlar hazırlayan müharibə jurnalisti idi. O, peşəkar instinkti ilə vaxtın və məkanın kəsişdiyi nöqtəni dəqiqliklə taparaq münaqişələrin mərkəzində olmağı bacarır, qarşısına çıxan bənzərsiz və nadir insan talelərindən bəhs edən hekayələrə emosional təsir və canlılıq qataraq beynəlxalq ictimaiyyətə çatdırırdı.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmiz müxtəlif böhranlarla müşayiət olunan çox çətin və qeyri-sabit bir dövr yaşamışdı. Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalı, qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin ölkə daxilində qeyri-sabit və təhlükəli vəziyyət yaratması, Azərbaycana qarşı aparılan kəşfiyyat-pozuculuq fəaliyyətləri ölkənin parçalanmasına gətirib çıxara bilərdi.

Tomas Qolts 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyə doğru çətin yolunu izləyən çox az sayda Qərb jurnalistindən biri idi. Xarici jurnalist kimi o, 1991-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşüb və ondan müsahibə almışdı. Vaxtilə Sovet İttifaqının ən nüfuzlu rəhbərlərindən biri, zəngin siyasi təcrübəyə malik olan Heydər Əliyev Azərbaycanın çətin və keşməkeşli durumu zamanı Moskvadan vətənə qayıdaraq xalqını xilas etmək missiyasını üzərinə götürmüşdü.

“Azərbaycan Gündəliyi” (“Azerbaijan Diary”) adlı əsərində Tomas Qolts 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın dövlətçilik və milli suverenliyini qorumaq uğrunda apardığı mübarizəni bir əcnəbinin gözü ilə olduqca maraqlı və təsirli şəkildə nəql edir.

O, 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən 613 günahsız insanın həyatına son qoyan qətliamdan çox qısa müddət öncə Xocalıda olmuşdu. Tomas Qolts bu dəhşətli qırğın barədə beynəlxalq ictimaiyyəti ilk məlumatlandıranlardan biri olmuş və onun “Azərbaycan Gündəliyi”ndə Xocalı faciəsi xüsusi yer almışdı.

Tomas Qolts haqsızlığa məruz qalan bütün xalqlara – istər çeçen, türk, İraq kürdləri, gürcülər, istərsə də Azərbaycan xalqı olsun – tükənməz qayğı və sədaqət göstərirdi. Onun missiyası şahidi olduğu müharibə cinayətləri və insan haqlarının pozulması barədə məlumatları dünyada yaymaq idi. Bu məqsədlə o, universitetlərdə, beyin mərkəzləri və dövlət institutlarında mühazirə və təqdimatlarla çıxış edirdi.

Corc Vaşinqton Universitetində keçirilən görüşlərin birində erməni lobbisindən olan iştirakçılardan biri “Azərbaycan Gündəliyi” (“Azerbaijan Diary”), "Çeçenistan Gündəliyi" (“Chechnya Diary”) və “Gürcüstan Gündəliyi” (“Georgia Diary”) kitablarının müəllifi Tomas Qoltsdan soruşur:

-“Bəs Ermənistan barədə kitabı nə vaxt yazacaqsınız?”

Tomas dərhal cavab verir:

-“Mən onu artıq yazmışam; kitab “Azərbaycan Gündəliyi” (“Azerbaijan Diary”) adlanır”.

Tomas həqiqətləri çatdırarkən, xüsusilə Azərbaycan mövzusuna toxunarkən həmişə böyük qətiyyət göstərirdi.

Tomas Qolts Azərbaycanın ən tarixi anlarının canlı şahidi olmuşdu və mən dəfələrlə onunla görüşmək imkanı əldə etdiyim üçün özümü xoşbəxt sanıram. Xüsusilə yaddaşıma həkk olunan görüşlərdən biri 2000-ci ildə onun məşhur “Neft Odisseyası” tədbirinin təşkilinə dəstəklə bağlı idi. Bu tədbir çərçivəsində o, sovet dövrü köhnə “Ural” markalı motosikletlərdə Bakıdan başlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçməklə 1700 kilometrlik bir yolu qət edərək Azərbaycan neftini BTC boru kəməri layihəsinin rəsmi sanksiyasından xeyli əvvəl Aralıq dənizində yerləşən Ceyhan limanına çatdırmışdı.

O dövrdə Bakı-Tbilisi-Ceyhan layihəsinin əleyhdarları Prezident Heydər Əliyevin bu layihəni reallaşdırmaq üçün göstərdiyi yorulmaz səyləri yerə vuraraq, bu kəməri istehza ilə “heç yerə gedib çıxmayan boru kəməri” adlandırırdılar. Boru kəmərinin keçəcəyi marşrut boyunca səyahət etmək, Bakıdan Ceyhana ilk simvolik “Azeri Light” xam neft çəlləyini çatdırmaq və bu marşrutu dünyaya tanıtmaq Tomas Qoltsun BTC-yə verdiyi xüsusi töhfə idi.

Bu təşəbbüs son nəticədə bu gün “heç yerə gedib çıxmayan boru kəməri” kimi qələmə verilən layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu çox gözəl göstərir.

Tomas Qoltsla görüşlərimizin çoxu onun ən sevimli mövzusu olan Qarabağla bağlı idi – o dövrdə bu ərazi erməni silahlı qüvvələrinin işğalı altında idi. Həmin çətin illərdə, - 1997-ci ildə bp “Uşaq Muğam Festivalı” layihəsinə start verdi, – gənc muğam ifaçılarının müsabiqəsi təşkil olundu. İstedadlı uşaqların əksəriyyəti Azərbaycan milli musiqisi, - muğamın beşiyi sayılan Qarabağdan olan məcburi köçkün ailələrindən idi və bu müsabiqə köçkün uşaqların öz milli kimliklərini qoruyub saxlamalarına dəstək məqsədi daşıyırdı. Üç il ardıcıl olaraq bp-nin dəstək verdiyi “Uşaq Muğam Festivalı” böyük uğurlar qazandı. Bu layihəyə cəlb olunan Azərbaycan muğamının vurğunu, amerikalı Ceffri Verbok, Uşaq Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü kimi, final mərhələsi üçün istedadlı gənc muğam ifaçılarını axtarıb tapmaq məqsədilə qaçqın düşərgələrinə səfərlər etdi. Ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifası insanı heyran edirdi.

Bu səfərlər Ceffrini muğam oxuyan azərbaycanlı uşaqlar haqqında sənədli film çəkməyə ruhlandırdı.

ABC, BBC və CBS üçün müxtəlif mövzularda videosənədli filmlər hazırlamış Tomas Qolts, 2008-ci ildə Ceffri Verbokla birlikdə yenidən qaçqın düşərgələrinə səfər edərək “Gənc səslər, qədim nəğmə” (“Young Voices, Ancient Song”) adlı sənədli film üzərində işləməyə başladılar. 53 dəqiqəlik bu sənədli filmin ərsəyə gəlməsi 8 il çəkdi.

bp-nin həyata keçirdiyi “Uşaq Muğam Festivalı”nın layihə meneceri kimi bu film üzərində Ceffri və Tomasla birlikdə çalışmaq mənə böyük qurur hissi verirdi. Bu film böyük uğur qazandı, London, Bakı, Nyu-York, Paris, Los-Anceles, Filadelfiya, Ottava və dünyanın bir çox yerlərində nümayiş olundu. Lakin bu uğurdan da əvvəl Tomas Qoltsun muğama həsr olunmuş 15 dəqiqəlik sənədli filmi hələ 2009-cu ildə Kaliforniyanın La Colla şəhərində keçirilən “Accolade Film Festivalı Müsabiqəsi"ndə qısametrajlı filmlər kateqoriyasında mükafata layiq görülmüşdü.

Tomasla görüşlər həmişə unudulmaz olurdu. Qalın qaşları və onları belə kölgədə qoyan bığları ilə o, ədalət uğrunda mübarizə aparan əfsanəvi Robin Qudu xatırladan yaddaqalan bir şəxsiyyət təsiri yaradırdı.

Hətta səhhətində ciddi problemlər və əlil arabasına məhkum olanda belə, Tomas 2023-cü ilin mayında Qarabağın azad edilmiş Şuşa şəhərinə səfər etmiş, məcburi köçkün ailələrin doğma yurdlarına qayıdışının şahidi olmuşdu. O, axır nəfəsinə qədər Azərbaycanın vurğunu idi və Qarabağa son səfərindən sonra 29 iyul 2023-cü ildə bu dünyanı tərk etdi. Prezident İlham Əliyev Tomas Qoltsun ailəsinə ünvanladığı başsağlığı məktubunda qeyd etmişdi ki, “Tomas Qolts Azərbaycanın böyük dostu idi. ...Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdıran ilk jurnalistlərdən idi. ...Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onun yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur”.

Prezident Əliyev onunla Şuşadakı son görüşünü xüsusi vurğulayaraq qeyd edib ki, Tomas Qoltsun parlaq xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq