Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar
Bakı, 6 fevral, Xatirə Cəfərova, AZƏRTAC
Zəlilər geniş coğrafi areala malikdir. Respublikamızın Naxçıvan, Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, İsmayıllı, Zaqatala, Balakən, İmişli, Zərdab, Ağdaş, Goranboy, Şabran, Ağcabədi, Quba, Xaçmaz, Şəmkir, Qazax, Göygöl, Füzuli, Beyləqan və başqa rayonlarının ərazilərində zəli populyasiyalarına geniş rast gəlinir. Təbabət zəlisinin ölkəmiz üçün geniş iqtisadi və müalicəvi əhəmiyyəti var. Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu illərdə bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlər əldə olunacağını proqnozlaşdırırlar.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev məlumat verib.
“Tədqiqatlar göstərirlər ki, tibb zəlisinin bədəni əsl farmaseptik minifabrikdir. Zəlinin ağız suyundan indiyədək elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmələr aşkar edilib. Bu birləşmələr insan orqanizmində immun sisteminin yüksəlməsinə, patogen mikrofloranın təmizlənməsinə, iltihabi prosesin aradan qaldırılmasına, damarların elastikliyinin artmasına, qanın durulmasına, qanda trombların əriməsinə və damar tutulmasına təsir edir. Həmçinin qanın və limfanın toxuma və hüceyrələrdə normal hərəkətinə səbəb olur”,- deyə alim bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [19:27]
Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb
- 06.02.2026 [15:55]
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
- 06.02.2026 [14:46]
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək
- 06.02.2026 [13:08]
BDU “İlin alimi” müsabiqəsi elan edir
- 06.02.2026 [11:41]
Son 5 ildə peşə təhsilinə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı olub?
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]