Ermənistanda dəmir yolunu bağlayan etirazçılarla polis arasında toqquşma olub
Bakı, 13 aprel, AZƏRTAC
Ermənistanın Armavir rayonundakı Zartnok kənd icra nümayəndəsinin özbaşınalıqlarına etiraz edən sakinlər Yerevan-Gümrü dəmir yolunu bağlayıblar.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, icra nümayəndəsinin istefasını tələb edən etiraz aksiyası iştirakçıları ilə insident yerinə gələn polis arasında qarşıdurma yaranıb. Qanun keşikçiləri icra nümayəndəsinin evinə basqın edən və xidməti və şəxsi avtomobillərini yandıran kənd sakinlərini sakitləşdirmək üçün barrikada qurublar. İcra nümayəndəsinin oğlu isə özünü müdafiə etmək üçün tapançadan havaya atəş açıb. İnsident nəticəsində yaralanan bir neçə nəfər xəstəxanaya çatdırılıb.
Prokurorluq insidentlə əlaqədar cinayət işi qaldırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]