Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” kitabının təqdimatı keçirilmişdir

Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabın təqdimat mərasimdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirmişlər ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

Yeni nəşrin məziyyətlərindən söz açan akademik vurğulamışdır ki, bu kitab erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktorluğu ilə nəşr olunan bu sanballı tədqiqat əsərinin rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovdur.

Diqqətə çatdırılmışdır ki, kitabın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də digər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunmuşdur.

Kitabın əsas hissəsini isə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, işğalçılıq siyasətinin araşdırılması və baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlili təşkil edir ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda, kitabda 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, dünya birliyinin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də təhlil edilmişdir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov demişdir: Qarabağ nisgili, Qarabağ problemi hər birimizin fəaliyyətindən qırmızı xətlə keçir və keçməlidir. Peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin ayrıca bir istiqaməti, ayrıca bir hədəfini işğal olunmuş torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir. Hər birimiz bir missioner olaraq Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik.

Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl, səriştə, intellektlə yanaşmaq lazımdır. Eyni zamanda biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Müasir dünyada güclünün haqlı olduğu bir siyasət nümayiş olunur. Əslində isə haqlının güclü olduğuna əsaslanan siyasət yürüdülməli, haqlı hər yerdə güclü olmalıdır. Təəssüflər olsun ki, siyasətin müxtəlif standartlarının mövcud olduğu bir dünyada yaşayırıq və burada güclünün haqqı, güclünün hüququ daha çox təlqin olunur və təbliğ edilir, dəstəklənir. Bu anlamda Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq.

Ə.Həsənov vurğulamışdır ki, son zamanlar ermənilərin dünya gücləri tərəfindən müdafiəsi getdikcə çətinləşir. Çünki işğalla bağlı Azərbaycanın ortaya qoyduğu təkzibolunmaz dəlillər erməniləri və onların havadarlarını çıxılmaz vəziyyətə salır. Əldə olunmuş nailiyyətlərdə ciddi axtarışlar nəticəsində araya-ərsəyə gəlmiş bu kimi elmi kitabların da böyük rolu vardır.

Bildirilmişdir ki, hadisə və proseslərin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarındakı çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar da təhlil edilmişdir.

Kitabın elmi redaktoru vurğulamışdır ki, nəşrin əlavələr bölməsində Azərbaycanın tarixinin müxtəlif dövrlərinə dair xəritə və sənədlərin yer alması, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır. Bundan əlavə, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin mətni, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan və yer üzündən silinən azərbaycanlıların yaşadığı məntəqələrin adları da verilmiş, erməni terror təşkilatlarının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının bir qismi xronoloji ardıcıllıqla göstərilmişdir.

Ensiklopedik səciyyə daşıyan kitabın xarici dillərə tərcümə olunmasının vacibliyinə toxunan Əli Həsənov demişdir ki, bu nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xüsusi mükafata layiq görmüşdür.

Təqdimat mərasimində Mili Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı, Bəxtiyar Əliyev, Elman Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək tariximizin öyrənilməsi baxımından kitabın böyük əhəmiyyət daşıdığını söyləmiş və müəllifə uğurlar arzulamışlar.

Çıxışlarda vurğulanmışdır ki, müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradan bu monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir, gələcək tədqiqatlarda onun dolğun və dəqiq informasiya daşıyıcısı kimi mühüm rolu olacaqdır. Geniş oxucu auditoriyasının, politolqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq kitab ermənilərin ərazi iddialarının, münaqişənin tarixinin, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi baxımından da dəyərli mənbədir.

Sonda kitabın müəllifi Elçin Əhmədov son illər Azərbaycan Prezidentinin torpaqlarımızın azad edilməsi istiqamətində gördüyü çoxsaylı işlərdən, yeritdiyi qətiyyətli siyasətdən söz açmışdır.

Müəllifi olduğu kitabın ərsəyə gəlməsinə dəstək verənlərə minnətdarlığını bildirən E.Əhmədov tariximizin gənc nəslə çatdırılması istiqamətində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini söyləmişdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekra” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

Hacıqabuldakı yanğının söndürülməsi üçün ətraf rayonlardan da qüvvə cəlb edilib

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar