Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ermənistanın işğalçı siyasəti Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mane olur

Ermənistanın işğalçı siyasəti Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mane olur

Bakı, 30 iyul, AZƏRTAC

Texniki tərəqqi və dünya iqtisadiyyatının sürətli inkişafı qlobal ekoloji çağırışların səbəbidir. Hazırda bəşəriyyətin üzləşdiyi ən kəskin problemlər iqlim dəyişmələri, içməli suyun çatışmazlığı, biomüxtəlifliyin azalması, torpaqların və dünya okeanının çirklənməsi ilə bağlıdır.

Müasir ekoloji problemlər yalnız müxtəlif səviyyələrdə sıx qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində həll edilə bilər. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində əsas çoxtərəfli ekoloji sazişlərin (konvensiyaların) tərəfidir və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin regional əməkdaşlıq, habelə transsərhəd məsələlər barəsində sıx qarşılıqlı fəaliyyət ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq razılaşmaların yerinə yetirilməsində həlledici rol oynayır, çünki təbiət dövlət sərhədlərini tanımır.

Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Azərbaycanda ətraf mühitə, bioloji müxtəlifliyə və bütövlükdə regionda ekoloji vəziyyətə birbaşa ziyan vurur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı AZƏRTAC-a müsahibəsində bu barədə söhbət açıb.

O deyib: “Torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi nəticəsində təbii ehtiyatlar vəhşicəsinə istismar olunur, meşələr məhv edilir, transsərhəd çaylar çirkləndirilir, regionun flora və faunasına bərpası mümkün olmayan ziyan vurulur.

İşğal edilmiş ərazilərdəki su hövzələri də potensial ekoloji fəlakət mənbəyidir. Aran rayonlarında yaşayan 400.000-dən çox insan daim təhlükədədir, çünki işğal edilmiş ərazidə yerləşən Sərsəng su anbarına texniki xidmət göstərilmir. Orada baş verə biləcək hər hansı təbii fəlakət bəndin uçmasına, bu isə öz növbəsində humanitar və ekoloji fəlakətə gətirib çıxara bilər.

Qış fəslində Sərsəng su anbarından alınan suyun həcmində rayonun mövsümi tələbatı nəzərə alınmır, nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı təyinatlı torpaqlar və rabitə xətləri su altında qalır. İlin qızmar dövründə isə, əks vəziyyət yaranır – illik norma ilə müqayisədə xeyli az su ayrılır, nəticədə kəskin su qıtlığı əmələ gəlir, suvarma ilə bağlı problemlər yaranır.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı ölkəmizin beynəlxalq konvensiyalar çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini çətinləşdirir. Azərbaycan Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Helsinki Konvensiyasının tərəfidir.

Bu Konvensiyanın əsas missiyası transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsidir. Bu məsələlərin səmərəli həlli yalnız sıx əməkdaşlıq yolu ilə təmin edilə bilər. Ermənistanın bu Konvensiyaya qoşulmaması və onun işğalçı siyasəti transsərhəd sular probleminin beynəlxalq normalar çərçivəsində həllini qeyri-mümkün edir”.

ETSN nümayəndəsi Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı ölkənin dağıdıcı fəaliyyəti ilə bağlı faktların dünyaya çatdırılması üzrə aparılan fəal işin nəticələri barədə də danışıb. O xatırladıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qərəzli şəkildə sudan məhrum edilməsi haqqında 2085 nömrəli qətnamə qəbul edib. Assambleya içməli sudan maneəsiz istifadə edilməsini sərhədlər ucbatından məhdudlaşdırıla bilməyən əsas hüquq, hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edən həyat mənbəyi hesab edir. Bu qətnamə Ermənistan silahlı qüvvələrinin regiondan dərhal çıxarılmasını, müstəqil mühəndislər və hidroloqlar tərəfindən yerlərdə tədqiqat aparılmasını tələb edir.

E.Qarabağlı regionda ətraf mühitə və əhalinin sağlamlığına ən ciddi təhlükələrdən biri – Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti barədə söhbət açaraq deyib: “Qeyd etmək lazımdır ki, Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələdən sonra Metsamor AES bağlanmışdı, lakin 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidə baxmayaraq bu AES-in işi bərpa edildi.

Hazırda Metsamor AES müvafiq təhlükəsizlik normalarına riayət edilmədən daha artıq güclə fəaliyyət göstərir. 2009-cu ilin sonunda Ermənistan hökuməti AES-in yeni blokunun tikilməsi barədə qərar qəbul edib. Onu da qeyd etmək lazımdır ki, Ermənistan bu AES-in texniki təhlükəsizliyi və fəaliyyəti barədə informasiyanın beynəlxalq təşkilatlar üçün lazımi dərəcədə əlçatan olmasını təmin etmir.

AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı məlumatların olmaması, xüsusən Azərbaycan ərazilərinin işğal edilməsi kontekstində, regionda nüvə təhlükəsizliyinə ciddi təhdid olaraq qalmaqdadır. Böyük ehtimalla deyə bilərik ki, AES-in tullantıları məhz işğal olunmuş ərazilərdə basdırılır və bu proses davam edir.

Azərbaycan və Ermənistan transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi barədə BMT-nin Avropa İqtisadi Komissiyasının Espo Konvensiyasının da tərəfidir. Həmin konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedura (o cümlədən açıq müzakirələr) təkcə dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək həmsərhəd ölkələrdə aparılmalıdır. Konvensiyaya uyğun olaraq qiymətləndirmə proseduru planlaşdırmanın erkən mərhələlərində həyata keçirilməlidir.

2011-ci il mayın 5-də Azərbaycan tərəfi Ermənistanın Azərbaycan üçün və bütövlükdə region üçün potensial təhlükə mənbəyi olan layihələri barədə heç bir informasiyanın olmamasını nəzərə alaraq Metsamor AES-in fəaliyyəti ilə bağlı məsələyə Espo Konvensiyası çərçivəsində baxılması ilə bağlı iddia qaldırıb. Espo Konvensiyasının icraiyyə komitəsi tərəfindən uzunmüddətli araşdırmalardan sonra çıxarılmış qərarda göstərilir ki, Ermənistan tərəfi Konvensiyanın müddəalarını yerinə yetirmir.

Emin Qarabağlı iqlim dəyişmələrinə və onun nəticələrinə qarşı mübarizə məsələsində Azərbaycanın fəal mövqe tutmasını vurğulayaraq xatırladıb ki, BMT-nin iqlim dəyişmələri konvensiyasının katibliyinə ölkəmiz tərəfindən təqdim edilmiş istixana qazları tullantılarının azaldılması üçün ölkələrin töhfələri barədə xüsusi sənədə müvafiq olaraq, Azərbaycan 2030-cu ilə qədər karbon qazı tullantılarını 35 faiz azaltmağı planlaşdırır. Həmin sənəddə bir fakt da öz əksini tapıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın Konvensiya çərçivəsində qarşıya qoyduğu hədəflərə çatmasına əsas əngəldir.

E.Qarabağlı sonda deyib: “Azərbaycan beynəlxalq təşkilatlara müraciətlə Ermənistanın işğal etdiyi ərazilərdə dağıdıcı fəaliyyətini dərhal dayandırması üçün ona qarşı müvafiq tədbirlər görülməsini qətiyyətlə tələb edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir