E.ŞEVARDNADZE FOND YARADACAQ VƏ XATİRƏLƏRİNİ YAZACAQ
Onun dediyinə görə, “fond onun öz zəngin təcrübə və biliyini başqalarına öyrətməsinə, habelə mətbuatla ünsiyyətdə olmasına imkan verəcəkdir”. Kitabı isə o, “siyasi və eyni zamanda, bədii əsər kimi” düşünmüşdür. E.Şevardnadze demişdir: “Bu kitabda mən keçdiyim yoldan və qarşılaşdığım problemlərdən söz açacağam. Burada Rusiyadan da söhbət gedəcəkdir”.
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Şevardnadzenin nəvəsi telejurnalist Sofo Şevardnadze babasının prezidentliyinin son ayları barədə sənədli film çəkir. Bunu o, Tbilisinin “İmedi” teleşirkətinin müxbiri ilə müsahibəsində bildirmişdir. O demişdir ki, bu filmin çəkilişinə hələ bir neçə ay bundan əvvəl başlamışdır və əvvəlcə babasının prezidentliyinin son 1,5 ilyarımını lentə almağı nəzərdə tutmuşdu, ancaq son vaxtların hadisələri onun planlarında düzəlişlər etdi”.