Estoniyanın “Nordica” aviaşirkəti bilet satışını dayandırır
Tallinn, 29 iyun, AZƏRTAC
Estoniyanın “Nordica” aviaşirkəti bilet satışını dayandırır.
AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, şirkət biletlərini oktyabrın 26-dək satacaq və sonra öz bayrağı altında uçuşlar həyata keçirməyəcək. Buna səbəb isə Tallinn hava limanında olan sıxlıqdır. Belə ki, ölkəyə çoxlu sayda təyyarə gəlir və “Nordica” da öz təyyarələrini kirayə verməyi planlaşdırır. Bu baxımdan Polşanın LOT şirkəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülür.
Həmçinin “Nordica” beş istiqamət üzrə aviareysləri ləğv edir. Şirkətin hesablamalarına görə, Stokholm, Brüssel və Varşava istiqamətlərində uçuşlar maddi baxımdan özünü doğrultmur və iyunun 30-dan etibarən dayandırılacaq. Daha iki şəhərin adı isə açıqlanmayıb.
İldə 2 milyon sərnişin daşımaq potensialına malik aviaşirkətin 19 təyyarəsi var. Hazırda onun Baltik regionundakı ən güclü rəqibləri Skandinaviya Hava Yolları və Latviyanın “AirBaltic” şirkətidir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]