ETX: “Citrix”in cihazlarında yaddaş təhlükəsizliyi boşluğu aşkar olunub
Bakı, 29 noyabr, AZƏRTAC
“Citrix” şirkətinin “NetScaler ADC” və “NetScaler Gateway” cihazlarında yaddaş təhlükəsizliyi boşluğu (CVE-2024-8534) aşkar olunub.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadla xəbər verir ki, boşluq, cihazın “Gateway” və ya “Authentication Server” (AAA vServer) rejimində işləməsi və eyni zamanda RDP xüsusiyyətinin aktiv olması ilə əlaqəlidir. Əgər cihazda “RDP Proxy Server” profili də qurulmuşdursa, bu boşluğun istismar ehtimalı artır.
“Boşluğun uğurlu istismarı sistemdə yaddaş zədələnməsi yaradaraq xidmətin dayanmasına səbəb ola, həmçinin sistem performansının azalması və məlumatların korlanması kimi təsirlərə yol aça bilər. İstifadəçilərə və inzibatçılara təsirə məruz qalmış cihazları ən son versiyaya yeniləmək tövsiyə olunur”, - deyə ETX-nin məlumatında bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]