İQTİSADİYYAT
Evdə hazırlanan şərabın satışına aksiz tələb olunurmu?
Bakı, 10 oktyabr, AZƏRTAC
Spirt, etil spirti və digər qatqılar olmadan üzümdən evdə hazırlanan şərabın satışı üçün lisenziya və aksiz markası tələb olunurmu?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, spirtli içkilərin bütün növləri aksizli mallara aid edilir və Azərbaycan Respublikasında istehsal olunan aksizli mallara Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aksiz dərəcələri tətbiq olunur.
Həmçinin spirtli içkilərin satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına aid edilməyib.
Sözügedən məhsulun fiziki-kimyəvi tərkibinin müəyyən edilməsi və qida təhlükəsizliyi normalarına uyğun olub-olmaması ilə bağlı isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]