Əzələ hüceyrələrinin köməyi ilə ikinci nəsil biorobotlar yaradılmışdır
Bakı, 4 iyul (AZƏRTAC). ABŞ-ın İllinoys Universitetinin alimlər qrupu elektrik impulslarının köməyi ilə hərəkət edən və əzələ toxuması hüceyrələri əsasında yaradılmış miniatür biorobotları təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, tədqiqata həsr olunmuş məqalə “PNAS” (Proceedings of the National Academy of Sciences ) jurnalında dərc olunmuşdur.
Məqalədə bildirir ki, biorobotların 6 mm uzunluğunda olan karkası “3D” printerində xüsusi hidrogeldən çap edilmiş, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunmuşdur.
Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. Tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirmişdir. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcəkdir.
Alimlərin ehtimalına görə, gələcəkdə bu kimi sistemlər tibbin müxtəlif sahələrində - əczaçılıq, cərrahiyyə və ya yüksək texnoloji implantatların hazırlanmasında geniş tətbiq edilə bilər. Biorobotlardan istifadə sayəsində insan orqanizmini müəyyən toksinlərdən təmizləmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]