“Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olmuşdur
Bakı, 15 noyabr (AZƏRTAC). “Facebook” sosial şəbəkəsi hazırda dünyanın 218 ölkəsinin 750 mobil rabitə operatorunu özündə birləşdirən “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olmuşdur.
Assosiasiya iştirakçıları 3 milyarddan çox abunəçiyə “GSMA” və “3G” standartlarında öz xidmətlərini təqdim edir ki, bu da dünya mobil internet istifadəçilərinin 86 faizini təşkil edir.
“GSMA”-nın başlıca məqsədi mobil rabitə xidmətindən dünyanın istənilən yerində istifadə imkanının təmin edilməsi, insanlara bu xidmətdən asanlıqla istifadə etməsinə şəraitin yaradılması, fərdi abunəçilər və ümumilikdə iqtisadiyyat üçün bu xidmətlərin dəyərinin artırılması, eləcə də rabitə operatorlarına və onların tədarükçülərinə yeni kommersiya imkanlarının təqdim edilməsidir.
“Facebook” “GSMA”-ya qoşulan ilk sosial şəbəkə olmuşdur. Şirkət nümayəndələri bildirmişlər ki, assosiasiyanın işində fəal iştirak üçün maksimum səy göstərəcəklər.
Öz növbəsində “GSMA”-ya qoşulma sosial şəbəkəyə “Internet.org” layihəsinin inkişafına xeyli irəliyə getməyə kömək edəcəkdir. Bu layihənin iştirakçıları müxtəlif resurslar, qabaqcıl təcrübə və rəngarəng alətlər mübadiləsi edərək mobil internetin inkişafının əsas sahələri üçün həllər axtarışındadırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]