İDMAN
Fan-şopun açılış mərasimi keçirilib
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin məxsusi futbol formasının (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunub.
AFFA rəhbərliyinin, “Bakcell” şirkətinin nümayəndələrinin, futbol veteranlarının, Anatoli Banişevskinin ailə üzvlərinin, futbol ictimaiyyətinin və media mənsublarının iştirak etdiyi tədbirin sonunda federasiyasının prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibə verib. Bildirib ki, forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün fan-şopun açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində fan-şopların açılması nəzərdə tutulub.