“Fəxr edirəm ki, azərbaycanlıyam” biliklər olimpiadası başlanmışdır
Bakı, 13 may (AZƏRTAC). Gənclər Mərkəzinin təşəbbüsü ilə yaradılan təşkilat komitəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Bakı şəhərinin orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “Fəxr edirəm ki, azərbaycanlıyam” adlı biliklər olimpiadasına (inşa və test müsabiqəsi) başlamışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 13-də keçirilən tədbirdə təşkilat komitəsinin sədri Anar Sarıyev ulu öndər Heydər Əliyevin istər sovetlər dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi illərində gənclərə daim xüsusi diqqət və qayğı göstərdiyini qeyd etmiş, bu siyasətin nəticəsində müasir gəncliyin qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin himayədarı olmuş, yeni sağlam düşüncəli nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi dəyərləndirmişdir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Olimpiada barədə məlumat verən A.Sarıyev bildirmişdir ki, bu tədbirin məqsədi ümummilli lider Heydər Əliyevin gənclər siyasətini və Azərbaycan dövlətçilik tarixini şagirdlərə aşılamaqdır.
Çıxış edənlər gənclərin ictimai-siyasi fəaliyyətindən danışmış və onların inkişafı, yüksək təhsil almaları, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmələri üçün ölkədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]