FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 16 iyun, AZƏRTAC
Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
İyirmi bir ölkədən 300-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, M-1 kateqoriyasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının bürünc medalını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]